İŞİD Kərkükə hücum edib: 80 ölü, 170 yaralı

0
593

İŞİD terrorçularının İraqın Kərkük şəhərinə hücumu zamanı azı 80 nəfər həlak olub. “Report”un məlumatına görə, bu barədə “Associated Press” ölkənin təhlükəsizlik qüvvələrinə istinadən xəbər yayıb.
Məlumata görə, terrorçuların hücumu zamanı daha 170 nəfər xəsarət alıb. Həlak olanların əksəriyyəti təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.
Briqada generalı Xəttab Ömərin sözlərinə görə, terroçular şəhərə hücum edərək təhlükəsizlik qüvvələri ilə atışmaya başlayıblar. Bu gün döyüş şəhərin digər hissəsində davam edib.
Qeyd edək ki, ilkin məlumatda hücum zamanı 46 nəfərin öldüyü bildirilirdi.

BIR CAVAB BURAXIN