Suriyada İŞİD terror təşkilatının əsas mərkəzi sayılan Rakka şəhərinin azad edilməsi əməliyyatı başlayıb.
“Reuters”in verdiyi məlumata görə, Suriya Demokratik Güclərinin (SDG) həyata keçirəcəyi əməliyyata ABŞ-ın rəhbərlik etdiyi koalisiya hava dəstəyi verəcək.
Suriya Demokratik Güclərinin özəyini PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG təşkil edir. Əməliyyata 30 min SDG silahlısının qatılacağı açıqlanıb.
Məlmata görə, Raqqanın İŞİD-dən təmizlənməsi üçün başladılan əməliyyata “Fəratın Qəzəbi” adı verilib.
Onu da qeyd edək ki, hazırda İraqda İŞİD-in əsas mərkəzi sayılan Mosulun azad edilməsi əməliyyatı aparılır.