
Suriya hökumət qüvvələri İŞİD-in ölkədəki son dayaq nöqtəsini nəzarət altına alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya ordusunun komandiri bildirib.
Onun sözlərinə görə, hərbçilər Deyr-əz-Zor əyalətinin şərqində yerləşən Əl-Bukemal şəhərini tam azad ediblər.
Terrorçuların qoyub qaçdığı silahlar ələ keçirilib. Hazırda ərazilərin minadan təmizlənməsi işləri aparılır.