İŞİD Federal Təhlükəsizlik Xidmətinin zabitini əsir götürdü

0
587

“İslam dövləti” terror qruplaşması Federal Təhlükəsizlik Xidmətinin tutulmuş zabiti ilə bağlı video yayıb.

Bu barədə SITE Intel Group saytı məlumat yayıb.

Kadrdakı şəxs Rusiya zabiti təqdim olunur və o, prezident Vladimir Putinə və rus xalqına müraciət edir.

Videodakı şəxs hakimiyyətdən onun azad olunması üçün mümkün olan hər şeyi etməyi xahiş edir.

Rusiya tərəfindən video ilə bağlı hələlik heç bir rəsmi şərh verilməyib.

Virtualaz.org

BIR CAVAB BURAXIN