İŞİD burdan İstanbula meydan oxuyur – Hücum

0
882

Azad Suriya Ordusu Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə İŞİD-in nəzarətində olan Dabıka hücuma xüsusi önəm verir.

 

Axar.az xəbər verir ki, Suriya Türkmən Məclisinin səlahiyyətli nümayəndəsi Əbdürrəhman Mustafa Dabıkın İŞİD üçün nə qədər vacib bölgə olduğunu belə izah edib:

 

“İŞİD Dabıka xüsusi önəm verir. Əgər Dabık işğal olunsa, İŞİD psixoloji cəhətdən çökəcək və bu, təşkilatın sonunu gətirəcək. Çünki İŞİD-in “Dabıkda qiyamət savaşı olacaq və kafirlər diz çökəcək. İstanbulun fəthi o vaxt mümkün olacaq” sözləri və planı öz gücünü itirəcək. İŞİD hazırda məhz buna görə ciddi şəkildə mübarizə aparır”.

 

Qeyd edək ki, Dabık azad olunduqdan sonra İŞİD-in əlində 4 xüsusi əhəmiyyətli bölgə qalacaq: Aktarin, Baruzah, Şudud və Susiyan.

BIR CAVAB BURAXIN