Dəməşqdən şərqdə El-Kalamun ərazisində Suriya hərbi təyyarəsi vurulub.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisəyə görə, məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Suriya Silahlı qüvvələrindəki mənbə “Sputnik” agentliyinə açıqlamasında təyyarənin İŞİD tərəfindən vurulduğunu təsdiqləyib. Onun sözlərinə görə, pilot Suriya ordusunun nəzarəti altında olan ərazidə xilas edilib.