İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür

0
1674

Azərbaycanın qədim tarixinə nəzər salsaq görərik ki, tarixən ermənilər hər zaman Azərbaycan xalqına qarşı təcavüzkar siyasət yeritmişlər. 1918 -ci il soyqırımından başlayan bu təcavüzkar siyasət 1992 -1993- cü illərdə Birinci Qarabağ müharibəsində Azərbaycan xalqına böyük maddi və mənəvi zərbə vurmaqla davam etdi. Bir milyondan çox qaçqın və məcburi köçkünlərimiz öz yurd -yuvasından didərgin düşdü. Minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilərək öldürüldü. Düşmən heç bir müharibədə edilməyən vəhşiliklər törətdi. Müharibənin ağır nəticələrdən əziyyət çəkən soydaşlarımız 30 ilə yaxın vətən həsrəti ilə yanıb alışdı. Xalqımıza mənəvi zərbə ilə yanaşı maddi ziyan da vurulmuşdur.Amma bu müharibə zamanı deyil, müharibədən sonrakı dövrdə baş vermişdir. Qarabağda olan maddi sərvətlərimiz talanmış,İslam mədəniyyətinə məxsus abidələr məhv edilmiş ,məscidlərimiz təhqir edilmiş vəziyyətə salınaraq donuz tövləsinə çevrilmişdir. Dahi şəxsiyyətlərimizin abidələri , ev muzeyləri ,qədim -tarixi abidələrimiz qəsdən dağıdılmışdır. Azıx və Tağlar mağarası dağıdılmaq məqsədilə hərbi məqsədlər üçün istifadə edilmişdir. Cəbrayıl , Zəngilan , Füzuli , Ağdam və digər bu kimi şəhərlərimizdə bir yaşayış binası belə salamat qalmamışdır. Erməni barbarları daşı -daş üstə qoymamışlar. Bütün yaşayış evlərinin daşları dağıdılaraq ,sökülərək satılmışdır, talanmışdır. Vaxtilə Azərbaycanın ən gözəl bölgəsi olan Qarabağ diyarı və Zəngəzur erməni vandalları tərəfindən xarabalığa çevrilmişdir.

Bu gün Qarabağ işğaldan azad olunmuşdur. Azad olunan torpaqlara geri qayıdan soydaşlarımız öz evlərinin olduğu yeri belə tapmaqda çətinlik çəkirlər.O insanların bu torpaqları belə görməsi necə hissdir ,hər kəs təsəvvür edir. Cənab Prezidentimizin diqqətində olan işğaldan azad edilmiş torpaqlarda bu gün sürətli quruculuq işləri gedir.Daim dünyaya erməni vandalizmin nəticələrini çatdırmağa çalışan Prezident İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib:”Ağdam həyatla coşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Əraziləri işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi. Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur. Lakin indi biz qayıtmışıq, biz güc yolu ilə geri qayıtdıq, biz beynəlxalq hüquq normalarından istifadə edərək geri qayıtdıq və biz burada yaşamağa, əbədi yaşamağa geri qayıtdıq”.

 

Zərdab rayon  Çallı kənd tam orta məktəbin ibtidai sinif müəllimi- Vahidli Aydan