Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, Çeçenistan rəhbərinin Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə nümayəndəsi Ziyad Sabsadi yeni açıqlama verib.
Arazinfo.com “Ölkə.az”-a istinadən xəbər verir ki, Rusiya rəsmisinin bəyanatı İraqda qalan keçmiş MDB məkanı vətəndaşlarının uşaqları ilə bağlıdır.
Onun sözlərinə əsasən, hazırda İraqda 15 azərbaycanlı, 12 tacik balası var. Uşaqların yaşı 7-8 arası dəyişir.
“Əvvəllər biz MDB vətəndaşlarını da İraqdan gətirə bilirdik, lakin bu, sonradan qadağan edildi. Rusiya qanunlarına əsasən, biz xarici ölkə vətəndaşlarının qaytarılması hüququna malik deyilik”,- deyə Sabsadi əlavə edib.
Ehtimal edilir ki, İraqda qalan azyaşlıların valideynləri hərbi əməliyyatlarda həlak olub.