İranın Suriyadakı bazası vuruldu: 20 zabit öldü

0
649

Suriyada 14 aprel gecəsi İrana və Livan Hizbullahına məxsus Cebel Azan hərbi bazası da ABŞ, Fransa və Britaniya tərəfindən vurulub.

Bu barədə informasiyanı “CNN Türk” televiziyası yayıb. Televiziya Hələbdə yerləşən bazanın vurulmasından sonra minimum 20 iranlı zabitin öldüyünü açıqlayıb.

“Habertürk” qəzeti də insidentlə bağlı maraqlı məlumat yayıb. Qəzet bildirib ki, partlayışdan öncə bazanın üzərində hərbi təyyarələr görülsə də onun kimə məxsus olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Zərbədən dərhal sonra isə bazada hərbi anbar partlayıb.

Bəzi mənbələr isə hücumun ABŞ tərəfindən yox, məhz İsrail tərəfindən həyata keçirildiyini iddia etməyə başlayıblar. Lakin bu məlumat hələlik öz təsdiqini tapmayıb.

Hizbullah da artıq insidentlə bağlı məlumat yayıb. Təşkilat Hələbin cənubunda heç bir partlayışın olmadığını və yayılan məlumatların yalan olduğunu bildirib.Axar.az

BIR CAVAB BURAXIN