İrandan azərbaycanlı aparıcıya xəbərdarlıq: Qələt edirsən…

0
597

İranın Şərqi Azərbaycan əyalətinin “Səhənd” telekanalının aparıcısı Məhəmməd Fərşbaf İnstaqram səhifəsində senzura məmurunun ona xəbərdarlıq etdiyi haqda paylaşım edib.

O, Azərbaycana salam göndərdiyi üçün təhqir edildiyini bildirib.

M.Fərşbaf sözlərinin senzura məmuru tərəfindən yanlış anlaşıldığı haqda izah verib:

“Bir gecə açıq havada çəkilən bir verilişdə monitorda özümü və arxamdakı Təbrizin parıltılı işıqlarını gördüm. Sözə başlayaraq, “Arxamda Təbriz, üzbəüzümdə isə böyük Azərbaycanımıza salam” dedim. Bununla demək istədim ki, Şərqi Azərbaycan əhalisinin xidmətindəyəm. Bir gün sonra senzura məmurundan mesaj gəldi: “Xəritəyə görə, Təbriz arxanda olanda, Azərbaycan Respublikası sənin üzbəüzündə yer tutur. Sən qələt edirsən oraya salam göndərirsən”. Mən cavab olaraq dedim ki, xəritə bir kağızdır və şərti olaraq yuxarı tərəf şimal adlanır. Əslində mən üzü şərqə tərəf dayanmışdım. Daxili şəhərlərdən Tehran və Məşhəd, xarici ölkələrdən isə Əfqanıstan mənim üzbəüzümdə idi. O isə mənə, “Bu sözlərlə işim yoxdur. Sabahdan Azərbaycana salam versən, aramız dəyəcək”, deyərək xəbərdarlıq etdi”.

Qeyd edək ki, Məhəmməd Fərşbaf bir müddət sonra İnstaqram səhifəsindən sözügedən paylaşımını silmək məcburiyyətində qalıb. (kult.az)

BIR CAVAB BURAXIN