İranda sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 45-ə çatıb.
Qızıl Aypara Cəmiyyətinin rəsmisi Əli Yəhyai dəhşətli hadisədə daha 103 nəfərin də yaralandığını bildirib.
Xəsarət alanların əksəriyyəti artıq evlərinə buraxılsa da, bəzilərinin vəziyyəti ağırdır. Əlaqədar qurumlar hadisəyə insan amilinin səbəb olduğunu, dəmiryolu stansiyasının 3 əməkdaşının şübhəli şəxs qismində nəzarətə götürüldüyünü bildirib.
İstintaqın nəticəsi ictimaiyyətə açıqlanacaq. Məlumata görə, ölənlərin əksəriyyəti Təbrizdən olan azərbaycanlılardır.