“İrandakı milli azlıqların doğma dillərində təhsil almaq hüququ var”.
Bu sözləri İran prezidenti Həsən Ruhani Mahabad şəhəri sakinləri qarşısında çıxış edərkən deyib.
O, ölkədə yaşayan milli azlıqların doğma dillərində təhsil almaq hüquqlarını təsdiq edib. Ölkə ərazisində yaşayan bütün milli azlıqların nümayəndələri öz dillərini öyrənmək imkanı əldə etməlidirlər.
Onun sözlərinə görə, İran Administrasiyası Təhsil Nazirliyi ilə birlikdə İran Konstitusiyasının 15-ci maddəsinin reallaşdırılması məsələsini müzakirə edir.
Həmin maddədə də İran İslam Respublikasının rəsmi dili fars dilidir. Amma mətbuatda və kütləvi informasiya vasitələrində regional və tayfa dillərindən istifadə etmək olar, eləcə də məktəblərdə ədəbiyyatın tədrisi üçün fars dilinə əlavə kimi icazə verilir.
İranda belə bir qərarın qəbul edilməsi Azərbaycan üçün də maraqlıdır. Çünki İranda 30 milyondan çox azərbaycanlı yaşayır. Bu vaxta qədər onlara öz dillərində təhsil almaq hüququ verilməmişdi.(Anspress)