İranda tanınmış Quran qiraətçisi cinsi cinayətdə suçlanır

0
688

İranda dövlət tədbirlərində çıxış edən Quran qiraətçisini öz tələbələrini cinsi istismarda ittiham edirlər.

Qiraətçinin bəzi tələbələri onun bir neçə il əvvəl onları cinsi istismar etdiyini iddia edib.

Ali dini lider Ayatollah Ali Khamenei də daxil, yüksək vəzifəli dövlət rəsmilərinin də qatıldığı tədbirlərdə Quran oxuyan Saeed Tusi belə ittihamları “yanlış və qurama” adlandıraraq, yalnız filmlərdə bənzər hekayətlərin yer ala biləcəyini söyləyib.

Məhkəmənin sözçüsü deyir ki…

Məhkəmənin sözçüsü Hojatoleslam Mohseni Ejei ötən həftə dörd iddiaçının 46 yaşlı Tusi-ni suçladığını və qiraətçinin bu ittihamları rədd etdiyini bildirib. Qiraətçini hansı cəzanın gözlədiyini deməyən Ejei “əxlaqi pozğunluğa “həvəsləndirmək” ittihamı ilə bağlı araşdırma aparılacağını” söyləməklə kifayətlənib. Sözçü məhkəmənin Tusi-ni ictimai əxlaqa qarşı “çıxmaqda” suçlamayacağını da bildirib.

Buna da bax: Daşqalaqdan yazanı ‘daşqalaq edirlər’

Ejei işə baxacaq “dindar və təcrübəli” hakimlə məsləhətləşmə aparıldığını və olaya “həssaslıqla” yanaşılacağını da sözlərinə əlavə edib.

“Bəzi ittihamları sübut etmək çətindir. İddiaçıların haqlı olması mümkündür, ancaq bunu sübut etmək çətindir… İnqilabdan öncə də, sonra da daim belə işlərlə qarşılaşmışıq”,Ejei-nin jurnalistlərə dediyi sözlərdəndir.

İddiaçılardan biri Tusi-nin onu 5-6 il əvvəl – 12, yaxud 13 yaşı olarkən, cinsi təhqirə uğratdığını söyləyib.

Kimliyi açıqlanmır

Kimliyinin açıqlanmaması şərtiylə BBC-yə danışan həmin şəxs dindar ailədən gəldiyini, uğur qazanmaqdan ötrü “Tusi kimi Quran qiraətçisindən” dərs almağın vacib olduğunu düşündüyünü deyib.

Həmin gənc iddia edib ki, Tusi ona cinsi yetişkənlik barədə “qeyri-adi suallar” verib. O, isti havanı bəhanə edən Tusi-nin onu ümumi hamama aparıb cinsi istismara məruz qoyduğunu da söyləyib:

“O elə şeylər edib ki, deməyə utanıram”.

Buna da bax: İran təhsilində inqilab etmiş Azərbaycan maarifçisi Bağçaban

İttihamların homoseksual zorlamanı da ehtiva edib-etmədiyi bilinmir. Zorlama halında edam cəzası nəzərdə tutulur.

Gəncin sözlərinə görə, o, “qorxudan” və “utandığından” bu təhqiri ictimailəşdirməyib, ancaq başqalarının da oxşar təhqirlərə məruz qaldığını öyrənəndən sonra bu addımı atmaq qərarına gəlib.

O, Tusi-yə qarşı şikayət iddiası qaldırdıqlarını bildirərək, gileyini də gizlətməyib:

“Artıq beş il yarım vaxt keçib, ancaq biz hələ də hökumətdən və ölkədən heç bir hərəkət görməmişik”.

“Peşmançılıq məktubu” da var

Şikayətçi gənc özünün və başqalarının məhkəməyə təqdim etdikləri güclü dəlillər arasında “Tusi-nin imzaladığı iki peşmanlıq məktubu”nun və onun göndərdiyi sms-lərin də olduğunu söyləyib.

Buna da bax: İranda ideologiyadan ədəbiyyatın köməyilə necə qorunurlar?

Tusi isə deyir ki, “Böyük Şeytanın səsinin peyk kanalında” (çox güman, “Amerikanın Səsi”nin fars xidməti nəzərdə tutulur) ittihamları eşidəndən sonra özünü açıq şəkildə müdafiə etmək qərarına gəlib.

O, bəyanat verərək, öz nüfuzunu qorumaqdan ötrü “qanuni addımlar” atacığını bildirib və bu “ilahi sınaqdan” uğurla çıxacağına ümid bəslədiyini vurğulayıb. Quran qiraətçisi heç zaman “paklığa uyğun gəlməyən günah işlərlə” məşğul olmadığını iddia edib.

İnternet istifadəçiləri Tusi-yə ittihamlarla bağlı çoxsaylı dəstək və tənqid mesajları paylaşıblar.

Buna da bax: Amnesty İranı tənqid edir

“Konsertlər olmaz, amma uşaqları zorlamaq olar?”

“Amerikaya ölüm! Adamlardan xahiş edirəm bu yalanlara inanmasınlar”, istifadəçilərdən biri ISNA xəbər agentliyinin saytında belə yazıb.

Bir “Twitter” istifadəçisi isə istehzasını gizlətməyib: “Konsertlər İslam respublikasının amallarına ziddir, ancaq Quran dərslərində uşaqları zorlamaq onların dini baxışlarına uyğundur”.

Qaynar mövzu

  • "Heykəlin intiqamı". Karikatura. Gündüz Ağayev

    Heykəl yazmağa görə 10 il?: Hüquqşünasların reaksiyaları

    Hüquqşünaslar Qiyas İbrahimova verilən cəzanı “absurd” və “siyasi çalarlı” sayırlar

Günün bütün mövzuları

  • Heydər Əliyevin heykəlinə görə narkotik ittihamı

  • Beynəlxalq təşkilatlar Azərbaycanın EITI üzvlüyündən çıxarılmasını tələb edir

  • Heykəl yazmağa görə 10 il?: Hüquqşünasların reaksiyaları

  • Azərbaycan bələdiyyələrinə 3-cü bəd xəbər…

  • İranda tanınmış Quran qiraətçisi cinsi cinayətdə suçlanır

  • Faiq Əmirlinin xanımının şikayətinə baxılacaq

  • QHT-lər dilə gəldi. Dinləyən olacaqmı?

  • Polisə mərc oyunlarına qarışmaqla bağlı əlavə səlahiyyət verilir

  • Dopinqdə suçlanan Azərbaycan idmançısı: ‘Ancaq vitaminlər qəbul etmişəm’

  • Amnistiya aktı icra edilib

  • Sabiq müstəntiqin apelyasiya şikayətinə baxılacaq

  • Generalın məktubu yayılıb: ‘Məni öldürmək istəyirlər…’

  • «İlham Əliyev oğlumdan 10 il çaldı»- Qiyasın anası-

  • Qiyas İbrahimov 10 il azadlıqdan məhrum edildi

  • Qiyas İbrahimovun anası: “Ağlamıram, ağlamayacam da”-

  • Qiyas İbrahimov 10 il azadlıqdan məhrum edildi

  • Nəcməddin Sadıqov NATO tədbirində

  • Ceyms Uorlik Yerevanda da dedi ki, işğal edilmiş ərazilər qaytarılmalıdır

  • Manatın taleyi barədə ekspert rəyi

  • Nazir nöqsanlarda adı hallanan şəxsi rəis qoydu

  • Özbəkistan Karimovun ölümündən sonra necə dəyişib?

  • Jurnalistin həbs müddəti üç ay uzadıldı

  • Heydər Əliyev ‘ərazi güzəştinə hazır imiş’

  • Xorvatiya Azərbaycana bərə gəmiləri təklif edir

  • Hillari Klintonun yarıçılpaq heykəli qalmaqal yaratdı

  • Bakıdan Astanaya iki fərqli müraciət

  • Dollar yenə hərracda bahalaşdı

  • Prezident Herbert Salber-i qəbul edib

  • İraqda spirtli içkilər tamamilə yasaqlanıb

  • Türkmənistanda azərbaycanlı müğənni həbs edilib – narkotik ittihamı ilə

Sənin fikrin

BIR CAVAB BURAXIN