İranda əhalinin 43 faizini türklər təşkil edir

0
1186

Dr.Rəcəb Albayraq “Türklərin İranı” kitabında yazmışdır: “Məlum olmuşdur ki, 2006-cı ildə keçirilmiş slyahıalmaya görə 70.049.262 nəfər olan İran əhalisinin 43 faizin türklər, 25-30 faizini farslar, 8-10 faizini gilək və mazandaranlılar, 7-8 faizini kürdlər, 6-7 fazizini ərəblər, 3-3,5 faizini lurlar-bəxtiyarilər, 2 faizni bəluclar, 2 faizini isə digər etnik qruplar təşkil edir. Kitabda verilən məlumata görə, İran əhalisinin 30.855.205 nəfəri türklərdən ibarətdir ki, bunların arasında ən böyük qrup Azərbaycan türkləridir. İrandakı Azərbaycan torpaqları üzərində 21.460.560 nəfər, o cümlədən Şərqi Azərbaycanda 2.527.267 nəfər (və ya ostanlıq əhalisinin 100%-i), Ərdəbildə 1.209.968 nəfər (və ya 100%), Zəncanda 942.818 nəfər (və ya 100%), Qərbi Azərbaycanda 2.548.601 nəfər (və ya 90%), Qəzvində 1.014.961 nəfər (və ya 90%), Həmədanda 1.339.676 nəfər (və ya 80%), Əlburzda 1.437.263 nəfər (və ya 70%), Qumda 694.598 nəfər (və ya 67%), Tehranda 7.298.606 nəfər (və ya 65%), Mərkəzi ostanlıqda 729.754 nəfər (və ya 55%), Kürdüstanda 350.000 nəfər (və ya 24,7%), Luristanda 168.000 nəfər (və ya 10%), Gilanda 216.185 nəfər (və ya 9,1%) və Kirmanda isə 62.291 nəfər (və ya 2.41%) Azərbaycan türkü yaşayır. Bunlardan başqa, İranın digər ərazilərində. O cümlədən Fars ostanlığında 1.700.000 nəfər (və ya ostanlıq əhalisinin 40,3%-i), Xuzistanda 120.000 nəfər (və ya 2,9%), Hürmüzqanda 50.000 (və ya 3,7%), İsfahanda 1.222.000 nəfər (və ya 27,2%), Elamda 50.000 nəfər (və ya 9,4%), Kirmanşahda 177.000 nəfər (və ya 9,6%), Kuhgiluyədə 110.000 nəfər (və ya 17,7%), Mazandaranda 89,979 nəfər (və ya 3,11%), Simnada 183,750 nəfər (və ya 32,2%), Sistan və Bəucistanda 42.760 nəfər (və ya 1,81%), Yəzddə 50.000 nəfər (və ya 12,33), Gülüstanda 1.430.000 nəfər (və ya 60%) Azər baycan türkü yaşayır. Bunların üstünə 2.500.000 Xorasan türkünü, 2.500.000 qaşqayı və 955.833 türkmanı əlavə etdikdə bu rəqəm 2006-cı ildə təqribən 31 milyon nəfər təşkil etmişdir. Həmin vaxtdan keçən müddət ərzində bu rəqəmin 35 milyona çatdığını söyləmək olar”.

BIR CAVAB BURAXIN