İran prezidentliyinə əsas namizədin Azərbaycanda mülkiyyəti var

0
645
 

İranda bu ölkənin prezidentliyinə namizədlər arasında əsl kompromat müharibəsi başlayıb və… bu kompromatlarda Azərbaycanın da adı hallanır.

Virtualaz.org xatırladır ki, İran İslam Respublikasında seçkilər mayın 19-da keçiriləcək, toplam olaraq cəmiyyətin bütün qatlarından 1636 insan namizəd olub- onların arasında bir neçə yüksək vəzifəli məmur və tanınmış siyasətçi də var.

Ekspertlər isə bir fikirdə yekdildirlər: qarşıdakı seçkilərdə əsas və gərgin mübarizə İran İslam Respublikasının indiki prezidenti Həsən Ruhani ilə Məşhəddə imam Rzanın müqəddəs məqbərəsini qoruyan, Məqsədəuyğunluq üzrə Şura üzvü, mühafizəkar İbrahim Raisi arasında gedəcək.

Raisi, hər şeydən əlavə, İranın ən böyük islam fonduna-“Astan Kuds Razavi”yə başçılıq edir. Və İranın dövlət qəzeti “Şərq”in yazdığı kimi, “statistika şahidlik edir ki, bu Fondun sərvəti həqiqətən böyükdür…”.

“Astan Kuds Razavi” çoxlu ianələr alır. Məşhəddəki mülklərin demək olar yarısı, Çenaran, Sarxas, Fariman və başqa şəhərlərdəki mülklərin isə çox hissəsi Fonda məxsusdur. Bundan başqa, Fondun mülkiyyətinə bütün İran üzrə müxtəlif şəhərlərdə kənd təsərrüfatı sahələri, meşələr, mağazalar, evlər, nəqliyyat vasitələri, zavodlar, xəstəxanalar, su kəmərləri və s. aiddir “, – deyə İran KİV-i yazır.

Ayrıca qeyd edilir ki, İran prezidentliyinə namizəd İbrahim Raisin rəhbərlik etdiyi “Astan Kuds Razavi” bəzi digər ölkələrdə, məsələn Azərbaycan, Suriya, Əfqanıstan və Hindistanda da mülkiyyətlərə malikdir.

Azərbaycanda mülkiyyətin mövcudluğu İranda niyə kompromat kimi qələmə verilir? Milli Məclisin deputatı, ekspert-İranşünas Araz Əlizadə virtualaz.org-un bu sualına cavabında deyib ki, normal dövlətlərdə qəbul olunmuş belə bir qayda var ki, vəsait onun sahibinin öz ölkəsinə qoyulmalıdır. Bundan başqa, sual yaranır: belə pullar haradandır, sui-istifadə hesabına qazanılmayıb ki?!

Bununla belə, Araz Əlizadə təsəvvür edə bilmir ki, İranın siyasi və din xadimi Azərbaycanda nə ala bilər. Deputatın ehtimalına görə, ola bilsin, söhbət tikilən məscidlərdən gedir.

İran prezidentliyinə iki əsas namizədə – Həsən Ruhani və İbrahim Raisiyə gəlincə, Araz Əlizadə hesab edir ki, Azərbaycana, İrana və bütün dünyaya Ruhaninin qələbəsi daha əlverişlidir: “Və böyük ehtimalla o da prezident olaraq qalacaq. Ruhani üç ali təhsilə malik olan insandır və bu özü artıq çox şey deməkdir. Onun vaxtında İran və Azərbaycan arasında münasibətlər yaxşılaşdı. Ən azı İran prezidentinin Bakıya – tarixdə birinci Əliyev-Putin-Ruhani üçtərəfli görüşünə gəlişini xatırlamaq kifayətdir”.

O ki qaldı Raisiyə, Araz Əlizadənin fikrincə, onun gəlişi İran İslam Respublikasını beş il geri ata və sanksiyaları qaytara bilər…

Virtualaz.org

BIR CAVAB BURAXIN