İran ordusu Cənubi Azərbaycanda müharibəyə başladı

0
637

Cənubi Azərbaycanın Serdeşt şəhərində İran ordusu ilə terror təşkilatı PJAK (PKK-nın İran qolu) arasında silahlı qarşıdurma olub.

Publika.az İran mediasına istinadən xəbər verir ki, silahlı qarşıdurma nəticəsində təşkilatın 5 üzvü öldürülüb. İran ordusunun itkiləri açıqlanmır.
İran İnqilab Keşişçiləri korpusunun komandiri Məhəmməd Pakpur “Fars” xəbər agentliyinə açıqlamasında bildirib ki, əməliyyat Qərbi Azərbaycan əyalətində keçirilib.
“İraq sərhədinə yaxın Serdeşt şəhərində məhv edilən təşkilat üzvləri ötən ay İnqilab Keşişçilərinə bağlı olan Besiç güclərinin 2 əməkdaşını və bir mühəndisi öldürmüşdü. Öldürülən PJAK üzvlərindən biri təşkilatın bölgə üzrə xüsusi nümayəndəsi olub”, – deyə o bildirib.

BIR CAVAB BURAXIN