“İran agentləri Azərbaycana soxulub hökuməti devirməyə çağırır…”

0
676
 

ABŞ Konqresinin Nümayəndələr palatasının xarici işlər üzrə komitəsinin rəhbəri, respublikaçı Ed Roys “İsrael Project” forumu zamanı İranın Azərbaycanın işlərinə müdaxiləsi ilə bağlı sensasion bəyanatla çıxış edib.

Ed Roys forumdakı çıxışında əvvəlcə İranın bu günlərdə keçirdiyi ballistik raket sınaqlarına toxunub. O, deyib ki, İranın raket sınaqları BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə ziddir və ABŞ administrasiyası Tehranın nəzərinə bu addımın cavabsız qalmayacağını çatdırmalıdır.

Daha sonra konqresmen bildirib ki, İran region ölkələrinə təhdid yaradır. Ed Roys bildirib ki, İranın İnqilab Keşikçiləri Korpusu regional təhlükəsizlik üçün təhdiddir və sanksiyalara məruz qalmalıdır. Konqresmenin bildirdiyinə görə, İran Yəmən, Bəhreyn kimi Yaxın Şərq ölkələrinə təhdid yaradır, husi qiyamçılarını Səudiyyə Ərəbistanına qarşı silahlandırır.

Ed Roys İranın Azərbaycan üçün də “təhdid olduğunu” deyib. Onun sözlərinə görə, bu gün İran agentləri Azərbaycana soxulur, kəndlərdə insanları öz tərəflərinə çəkir, onlara bildirir: “Siz dünyəvi hökuməti niyə dəstəkəyirsiniz? Siz şiələrsiniz. Siz bu rejimi devirməyə çalışmalısınız”. Konqresmenin fikrincə, bu fəaliyyətlə məhz İnqilab Keşikçiləri Korpusu məşğuldur.

Xatırladaq ki, Donald Tramp İranı “terrorun bir nömrəli sponsoru” adlandırıb və Obama administrasiyasının İranla bağladığı nüvə sazişini ləğv edəcəyini bildirib.

Virtualaz.org

BIR CAVAB BURAXIN