İrəvanın hərbi cinayətləri və yürütdüyü siyasət Ermənistan dövlətçiliyinə təhlükə yaradır

0
1507
Rəsmi İrəvanın hərbi cinayətləri və yürütdüyü siyasət Ermənistan dövlətçiliyinə təhlükə yaradır

Haqq işi uğrunda apardığımız savaşda hər gün, hər saat uduzan erməni tərəfi heç bir şeyə ümid qalmadıqda insanlığa sığmayan müharibə cinayətinə əl uzatdı-dinc insanları, mülki əhalini raket və artilleriya atəşinə tutdu. Beynəlxalq konvensiyalarla qadağan olunmuş kasset bombalar, orta və uzaq mənzilli raketlər işə düşdü. Gəncə, Bərdə, Tərtər və digər şəhərlərimizdə 100-dən çox dinc sakin bu quduz terrorun qurbanı oldu, yaralanların sayı isə bundan qat-qat çox idi. Möhtərəm Prezident İ.Əliyevin dediyi kimi, o yerlərə gedənlər bu vəhşi əməllərin nəticələrini görüblər, Füzuli, Cəbrayıl, Zəngilanda salamat bir tikili qalmamışdır. Hələ bu azmış kimi tarixi abidələrimizi, milli-mənəvi dəyərlərimiz olan məscidləri və pirləri dağıtmış və yerlə yeksan etmişlər.67 məsciddən 65-i bu və ya digər dərəcədə dağıntıya məruz qalmış, salamat qalanlar da donuz saxlanan yerlərə çevrilmişdir.

Cənab Prezident xalqa müraciətində haqlı olaraq belə bir amili vurğulayıb ki,bu gün erməni cəmiyyətində Azərbaycana qarşı bəslənilən nifrət rəsmi ideologiya kimi qəbul edilir,xalqlar arasında baş verən konflikt əbədi barışmazlıq müstəvisinə qaldırılır. Əlbəttə, bu çox təhlükəli addımdır və bunu təkcə biz demirik. Bütün dünyanın öncül politoloqları, dövlət xadimləri Ermənistan rəhbərliyinin bu avantürist siyasətini ifşa etməkdədirlər. Hətta rəsmi İrəvanın özü də bəzən bu yolun səhv olduğunu etiraf etmək məcburiyyətində qalır. Elə bu günlərdə qonşu ölkənin aparıcı siyasi partiyalarının birinin, respublikaçılar partiyasının sədr müavini, ölkə parlamentinin xarici əlaqələr üzrə komitəsinin sabiq sədri A.Aşotyan keçirdiyi mətbuat konfransında N.Paşinyan hökumətinin bacarıqsızlığını, son bir ildə aparılan danışıqların siyasi proseslərə heç bir təsir etmədiyini və rəsmi İrəvanın irəli sürdüyü platformanın iflasa uğradığını söyləmişdi.Onun təbirincə desək, indiki hakimiyyətə” üzərində öz portreti olan corab və şamlar yox”,vahid siyasi təfəkkür lazımdır.

Peşəkar diplomat və siyasətçi olan cənab İlham Əliyev doğru olaraq qeyd edir ki, rəsmi İrəvan öz xalqına qarşı da cinayət törədib. Belə ki, əgər o, vaxtında torpaqlarımızdan çıxıb getsəydi, bir o qədər tələfat verməzdi və belə biabırçı məğlubiyyətlə üzləşməzdi. Biz ona dəfələrlə təklif etdik, ancaq təəssüf ki, o bunu yalnız biz Şuşanı və daha 70 yaşayış məntəqəsini alandan sonra etdi.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc