Milanın “İnter” futbol klubu Londonun “Arsenal” klubunun yarımmüdafiəçisi Məsut Özlil icarəyə götürmək niyyətindədir.
Arazinfo.com Football. kulicki-yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalist Karlo Peleqatti bildirib. O qeyd edib ki, “İnter” 30 yaşlı türkəsilli alman futbolçunun xidmətində maraqlıdır və yaxın günlərdə bununla bağlı məsələni həll etmək niyyətindədir.
Qeyd edək ki, bu mövsüm Məsud Özilin “Arsenal”ın yeni baş məşqçisi Unai Emeri ilə münasibətləri yaxşı deyil və o, əsas heyətə düşməkdə çətinlik çəkir