İnsanlıq tarixini formalaşdıran ağac

0
755

incir

Çoxlu sayda dini və milli məsəllərin mövzusu olan əncir ağacı, həm tarixə şahidlik edib, həm də onu formalaşdırıb. Bəs əncir, gələcəyimizi necə zənginləşdirə bilər?

Yer üzündə 750 -dən çox əncir növü olduğu söylənilir. İnsan təxəyyülünə bu qədər təsir edən başqa bir bitki olmayıb. Əncir haqqında bütün dinlərdə söz açılır, o, kralları, kraliçaları, elm adamlarını, əsgərləri təsiri altına ala bilib.

Əncir ağacı insan təkamülündə və mədəniyyətin yaranmasında da rol oynayıb. Bu ağaclar həm tarixə şahidlik edib, həm də onu formalaşdırıb. Əgər bu ağaclara düzgün yanaşsaq, gələcəyimizi də zənginləşdirə bilərik.

Çiçək açan bir çox bitki çiçəklərini nümayiş etdirsə də, latınca adı Ficus olaraq bilinən əncir bitkisinin çiçəkləri, içi boş meyvələrin içində gizlənir. Bundan başqa, bir çox bitkinin kökləri yerin altına inkişaf etdiyi halda, bəzi əncir növlərində köklər, yerin üzərində böyüyür.

Hint inciriBanyan adı ilə də tanınan Hind ənciri, çox böyük ölçüyə sahib ola bilir

Florida ənciri və ya strangler ənciri adı ilə də tanının ağacın toxumları, quşlar və məməli heyvanlar vasitəsilə digər ağacların başına düşür və oraya düşən bol işıq ilə böyümək şansı yaranır. Bu müddət ərzində üzərində böyüdüyü ağacdan aşağıya sallanan köklər, uzanaraq torpağa çatır. Bu köklər inkişaf etdikcə, ana ağacı tam şəkildə sarıyaraq ölümünə belə yol aça bilir.

Digər adı ficus religiosa olan bir əncir növü, iki min ildən artıqdır ki, buddistlərin və hinduların ibadətində öz yerini alır. Hindistandakı İndus Vadisi mədəniyyətləri, min illərlə əfsanə və rəvayətlərində, rəsmlərində bu bitkini təsvir ediblər.

Asiyanın tropik və subtropik bölgələrində yaranıb inkişaf edən mədəniyyətlər, əncir ağacını iqtidar simvolu və ibadət yeri olaraq görüblər. Bunların arasında banyan adı ilə də tanınan Hind ənciri, önəmli yeri tutur. Yaradılış hekayələri, folklor və məhsuldarlıq çağına çatmaqla əlaqələndirilən bu ağac, o qədər böyükdür ki, uzaqdan kiçik bir meşəni xatırlada bilər.incir

Hər əncir növünün döllənməsi üçün özünə aid bir vəhşi arısı olur. Bu ortaqlıq, 80 milyon il əvvəl yaranmağa başlayıb. Əncir ağacı, bu arıların bəslənməsi üçün meyvə verir, arılar isə onların çoxalmasını təmin edir.

Əncir ağacı digər bütün bitkilərdən daha çox yabanı həyatı bəsləyir. Yer üzündə 1200 canlı növü əncir ilə qidalanır. Bunlar arasında quşların onda biri, meyvə yarasaları, primatlar da var. Bu canlılar əncirlə bəsləndikcə, toxumların yayılmasına kömək olur. Ekoloqlar bu səbəblə, ənciri “əsas qaynaq” olaraq görürlər. Əncir yox olarsa, qalan hər şey də çökər.

Əncirin ilboyu meyvə verməsi, əcdadlarımızın sağ qalması baxımından da, böyük önəm kəsb edir.

Enerji ilə dolu bu meyvə, insanın beyninin böyüməsinə fayda verə bilər. Belə ki, bəziləri insan əlinin, əncirin yetişmişini tapıb yığa biləcək formada təkamül etdiyinə inanırlar. Əncir ağacı min illər öncə insanın ilk əkib yetişdirdiyi bitiklərdəndir.

Qədim Misir fironlarının məzarına başqa şeylərlə yanaşı, quru əncir də qoyularmış.

Misir ilahəsi Hathor, bir əncir ağacında çıxaraq fironun ölüm sonrası həyatı üçün hazırlıq görür.

Türkiyə ərazisində yerləşən qara əncir (Ficus carica) bir çox qədim mədəniyyət üçün vacib bir qida olub. Şumer kralı Urukagina, 5000 il bundan qabaq əncir haqqında söz açıb. İsrailin Kral Süleymanı, ənciri musiqilərində tərif edib. Qədim yunan və romalılar isə ənciri, cənnətdən göndərilən meyvə olaraq görüblər.

Əncir təkcə şirin və ləzzətli deyil, vitamin, mineral və liflərlə dolu olan bir meyvədir. İncildə əncirin sağaltma xüsusiyyətindən söz açılır. Tarix boyunca bu ağacın sadəcə meyvəsi yox, qabığı, yarpaqları, kökləri və qatranı dərman olaraq istifadə olunub.

Şimpanzelərin də yabanı əncir ağacının qabığı və yarpaqlarını, dərman məqsədilə yedikləri görülüb. Araşdırmalar meyvənin, bakteriya, parazit və şişlərə qarşı təsirli olduğunu sübut edir.

Əncir ağacları, mədəniyyətlərin yaranmasına təsir etməklə yanaşı, qalıqlarını da saxlayıb. Hindistanda quraqlıq ucbatından dağılan Indus Vadisi mədəniyyətlərini saxladığı kimi. Qvatemaladakı Maya piramidaları, Kambocada Khmer məbədlərini saxladığı kimi.

incir yiyen maymun
Əncir mühüm vitamin və minerallarla yanaşı, çox miqdarda lifə malikdir.

Tərk olunmuş tikililəri əncir ağacları istila edir, hər daş çatlağında toxumları tumurcuqlayır və böyüyən kökləri ilə divarları və təməlləri yıxır. Meyvələri başqa heyvanları və başqa toxumları da o bölgəyə aparır, beləcə yenidən meşə yaranır.

Vulkanik yerlərdə də bənzər hadisələr baş verir. Qurumuş lavaların arasında əvvəlcə əncir ağacları yetişir və digər bitkilərin yetişməsi üçün yol açır. Elm adamları ağacdan təmizləmə məqsədilə yox olan meşə bölgələrində meşənin yenindən inkişaf etməsini sürətləndirmək üçün, əvvəl əncir ağacları əkirlər.

Bütün bunlar iqlim dəyişikliyinin təsiri baxımından, əncir ağacının gələcək üçün ümid vəd etdiyini göstərir.

Əncir ağacları həm də, kəskin iqlim şərtlərinə uyğunlaşmağımıza kömək olur. Hindistanın şimalında bu ağacların çay kənarlarında böyüyən kökləri, körpü inşasında istifadə olunaraq musson yağışları zamanı insanları qoruyur. Efiopiyada isə, quraqlıq zamanı əkili ərazilərdə kölgə yaradaraq, əkinçilərə kömək edir.

incir
Hindistanda musson yağışları zamanı, əncir köklərindən hazırlanan körpülərdən istifadə olunur.

Bu iki üsul, iqlim dəyişikliyinin yaratdığı problemlərə adaptasiya olaraq, biomüxtəlifliliyi və insana kömək təsirini qorumaqda davam edə bilər.

Dünyadakı bir çox mədəniyyət və inanc, əncir ağacını kəsməyi qadağan edir. Lakin, bu inanclar yavaş-yavaş unudulmağa başlayır. Bunları canlandırmaq, işimizi yüngülləşdirəcəkdir.

Yer üzündə 80 milyon ildir ki, var olan əncirin tarixi, insandan çox daha qədimdir. Bu ağacı gələcəklə bağlı planlarımıza daxil etsək, gələcəyimizi zəmanət altına almış olarıq.

BIR CAVAB BURAXIN