İngiltərə Mərkəzi Bankının “qatili” sürətlə qızıl alır: ABŞ iqtisadiyyatında böhran yaxınlaşır Böyüt

0
690

Məşhur milyarder Corc Soros aktiv şəkildə qızıla investisiya yatırır.

 

APA-Economics” “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, C. Sorosa məxsus “Soros Fund Management” (fondun sərəncamında Soros ailəsinə məxsus 30 mlrd. dollar var) səhmlərinin bir hissəsini sataraq, əldə olunan vəsaitə qızıl və qızıl hasilatı ilə məşğul olan şirkətlərin səhmlərini alır.

Analitiklər hesab edir ki, C. Sorosun bu addımı olduqca təhlükəlidir. Xatırladaq ki, C. Soros İngiltərə Mərkəzi Bankının “qatili” kimi tarixə düşüb. Görünür, milyarder yenidən birja möhtəkirliyinə əl atıb.

 

Bir vaxtlar C. Sorosla işbirliyi edən “Rogers Holdings” şirkətlər qrupunun İdarə Heyətinin sədri Cim Rocers bundan öncə “Bloomberg” agentliyinə bildirib ki, qarşıdan gələn ildə ABŞ iqtisadiyyatında böhran hökm sürəcək. “Artıq bunun bəzi çalarları görünür. ABŞ iqtisadiyyatındakı son böhran 7-8 il ötür. Tarixən bizim iqtisadiyyatımız 4-7 ildən bir böhranla üz-üzə qalır. Səbəblərin heç bir fərqi yoxdur. Təbii ki, böhran hökmən 4-7 ildən bir baş verməməlidir. Lakin siz ABŞ-ın dövlət borcunun həcminə baxın. Bu rəqəm insanı dəhşətə gətirir”, – deyə o bildirib.

 

Maliyyəçi ABŞ-da “maliyyə köpüyü”nün yarana biləcəyini istisna etmir. Bunun üçün qeyri-qənaətbəxş iqtisadi göstəricilərə malik olan ölkələr ABŞ dollarına yatırım etməməlidir. “Unutmayaq ki, bir gün köpük partlaya bilər”, – deyə o qeyd edib.

BIR CAVAB BURAXIN