İngilis alim Bərdədə – “Üç guşə”də sağalmaz xəstəlikdən necə sağaldı?..

0
645

Araşdırmaçı professor, keçmiş “KQB” polkovniki Rövşən Novruzoğlunun gizli xarici arxivlərdəki mənbələr əsasında hazırlanmış “Ölüm hüceyrələri” təhqiqat əsərində XX əsrin əvvəllərindən bəri həm Azərbaycanı işğal altında saxlayan SSRİ adlı Rusiya imperiyasının, həm də Böyük Britaniya, ABŞ kimi “modern” impeiyaların xüsusi kəşfiyyat qurumlarının Azərbaycan xalqının zəngin genefondu üzərində apardığı  vəhşi qətliam və zorakılıqlarla müşayiət olunan amansız və qeyri-insani gizli tədqiqatlarının üzə çıxardığı ağlagəlməz özəlliklərdən, eləcə də ölkəmizin ayrı-ayrı sirli məkanlarını soykökümüzdə iz buraxan qeyri-adi xüsusiyyətlərindən bəhs edilir. Məlum olur ki, adı çəkilən imperiyalarla yanaşı, əksər xarici dövlətlər də Azərbaycan insanının əsl genomundan qorxduğundan bu xalqı hər vasitə ilə əzməyə, məhv etməyə çalışıb və çalışmaqdadır…

Cəlilabadda Seyid Cəfər Ağanı ildırım vurduqdan sonra Moskva kəşfiyyatçısına mayor rütbəsi verildi

Araşdırma materiallarına görə, 1952-ci il, avqustun 8-də Hacı Qurbanzadə Mir Saleh Seyid Cəfər Ağanı evində ildırım vurur(?). Leytenant A.Q.Şamşin ölkənin Hərbi Kəşfiyyat İdarəsinin II qrupuna başçılıq edən, polkovnik M.A.Furmanın adına 702 saylı teleqram göndərir: “…Avqustun 9-da (1952-ci il) təsdiq olunmuş “xüsusi siyahı”dakı üçüncü adamı ildırım vurdu. Onun evinə düşən ildırım, onun evini və özünü külə döndərdi. Uşaqlar salamatdır… Araşdırmalar davam edir, əlavə məlumat verəcəyəm… İmzamı təsdiq edirəm… Lənkəran. Sərhəd Dairəsi…”

Məlumata görə, daha etibarlı olsun deyə və yaxud məlumatın məxvi saxlanılması üçün A.Q.Şamşin teleqramı Lənkərandakı Sərhəd Qoşunlarından göndərirdi. Teleqramı oxumaq, yaymaq qadağan olunmuşdu… (Amma bu teleqramla bağlı, onun göndərilməsi, imzalanması… istiqamətində əldə etdiyim digər məlumat da var. Tədricən bununla bağlı açıqlamam olacaq. Bütün bunlar araşdırmalarımızın daha da aydın olmasına yardımçı olacaq.)

Məşhur din xadimi ilə birgə onun nəslinin İmam hümmətinə bağlı olmasını göstərən nəsil   Şəcərə sənədləri də yanıb…

Məlumata görə, Astraxanbazar ərazisində böyük nəsil, oğul-uşaq sahibi olan Seyid Cəfər Ağanı axşam namazında ildırım vurmuşdu. 1952-ci il, avqustun 9-da “Kommunist” qəzeti (Bakı) dördüncü səhifəsində respublikanın Cənub bölgəsinə, Lənkəran –Astara zonasına düşən güclü leysan yağışlardan və ildırımdan alovlanan iki kəndi, meşə zolağını nişan verir, Astraxanbazarda din xadimi Seyid Fəfər Ağanın yanaraq vəfat etməsindən yazırdı. Oğlu Vəli Ağa öz açıqlamasında isə bildirirdi ki, nəslin İmam hümmətinə bağlı olmasını göstərən nəsil   Şəcərə sənədləri də Hacı ilə birgə yanıb, kül olub…

Araşdırma materiallarına görə, 1952-ci il, dekabrın 22-də kəşfiyyat leytenantı A.Q.Şamşinin hərbi rütbəsi vaxtından qabaq iki dəfə artırılır və ona mayor rütbəsi verilir. Bu isə onun sonuncu rütbəsi olur…

1952-ci il, dekabrın 26-da isə Siyasi Büronun növbədən kənar iclasında qərara alınır ki, “Mutasiya layihəsi” davam etdirilsin və bu məsələ hökümət və dövlət sənədlərində “tam məxfi” qrifilə möhürlənsin, xarici kəşfiyyatın, daxili və xarici düşmənlərin aktivliyini nəzərə alaraq, nəzarət qaydaları daha da ciddi bir şəkildə tədbiq edilsin.

Məlumata görə, hərbi həkim, mayor A.Q.Şamşin “Mutasiya layihəsi” istiqamətində Moskvaya, nəzərdə tutulan ünvanlara 14 “Məxfi Arayış” göndərib. Biz isə uzun axtarışdan sonra onun cəmi yeddi arayışını əldə etdik. Onun Rostovdakı mənzilində olduq, şəxsi arxivinə nəzər saldıq. Amma heç bir şey əldə edə bilmədik. O, özündən sonra adi bir həkim kimi kiçik bir şəxsi arxiv qoyub, gedib. Məlumata görə o, sonuncu məxfi arayışını 1952-ci il, dekabrın 28-də yazıb. Hərbi həkim A.Q.Şamşin qeyd etdiyimiz arayışda maraqlı, tariximiz üçün, milli maraqlarımız üçün vacib sayılan məqamlara toxunur.

 “Yer üzünün dünənki , bu günkü və gələcək möhtəşəm insanları öz genetik kodlarının başlanğıcını Peyğəmbər(s.ə.)  nəslində axtarmalıdır…”

Araşdırma materiallarına görə, genetika elmində, ümumən təbabət və səhiyyə sistemində ən çox öyrənilməyə cəhd ediləsi VII əsrin və az da ondan qabaqkı əsrlərin genetik kodlarının araşdırılması, tədqiq edilərək, öyrənilməsi olub. Maraqlıdır, dünya genetikləri bütün bunlara sahib ola biliblərmi? Məsələn, məşhur ingilis alimi, dini baxımdan, ilahi qanunlarla insan hüceyrələrini, xromosomları… qanın yaranma proseslərini tədqiq edən Eduard Kerd (1835-1908) iddia edir ki, yer üzündə… bəşəriyyətdə ən güclü “qan yaratma sistemi” və yaxud mərkəzi İslam dünyasının və yer üzünün sonuncu peyğəmbəri Məhəmmədə (s.ə.) və onun nəslinə, xüsusən qızı xanım Fatiməyə məxsusdur. O, qeydlərində göstərir:”…Yer üzünün dünənki , bu günkü və gələcək möhtəşəm insanları (bütün sahələrdə) öz genetik kodlarının başlanğıcını məhz o nəsildə axtarmalıdır. Mən “möhtəşəm” dedim, qəddar və qaniçən yox…” Tədqiqatın başqa bir tərəfi də var…

İngilis alimi: “Məni yaşlı bir qadınla Azərbaycanda Bərdə deyilən bir yaşayış məntəqəsinə apardılar…”

Məlumata görə, ingilis alimi dörd yaşında ikən, yəni 1839-cu ildə çox ağır və sağalmaz iflic xəstəliyinə mübtəla olur. Onun onurğa sütunu getdikcə quruyub gücdən düşür. “Xatirələrim”də alim yazır:”…Ağır keçən uşaqlıq illərimi xatırlayan atam deyir ki, mənim həyata qayıtmağımda ingilis həkimi, bizim ən yaxın qan qohumumuz olan Albertin böyük rolu olub. O, məni atamdan istəyib ki, sağaltsın. Atam da razı olub. Çünki artıq getdikcə yaşamaq qabiliyyətimi itirirdim. Mən ingilis ordusunun polkovniki olan atam üçün gərəksiz idim… O, məni çox çətinliklə, bağrına basıb əzizləyə-əzizləyə həkim Albertə verdi. O vaxt həkim Albert ingilis həkimi “Herber Skott ekspedisiyası” ilə Qafqaza gəlirdi. Mən də onunla gəldim… Sonra qan qaynayan vaxt, yəni mart ayında o, məni Çox güzaranlı yer idi. Oradan kiçik, amma suyu çox olan bir çay keçirdi. Həkim Albert yaşlı qadının məsləhətilə məni həmin çayın (Yəqin ki, bu çay Tərtər olub. O vaxt həmin çaya Köpüklü çay deyirdilər. Bunu etnoqraflar daha yaxşı bilər – R.N.) kənarındakı “Üç guşə” deyilən bir yerə gətirdi. Yaşımın az olmasına baxmayaraq, hiss edirdim ki, daha ölürəm… Mən bunu hiss edirdim. Başqa nə hiss edə bilərdim ki… Məni soyundurub çılpaq etdilər və ağzı üstə yaxşı yonulmuş, sal bir daşın üstünə uzatdılar. Elə bil, məni yanar bir ocağın içinə atdılar (Həkim Albert mənə hər şeyi danışırdı. O, gözəl və təmiz adam idi). Üç gün o daşın üstündə uzandım. Mən əməlli- başlı yanırdım. İkinci gecə hiss etdim ki, qırc olmuş əllərim və ayaqlarım qıpqırmızı olub. Quruyub əldən düşən damarlarıma qan gəlirdi. Onurğa sütunum hiss edirdim ki, nəfəs alır. Bu möcüzə idi. Amma ən böyük möcüzə isə irəlidə idi…”

Araşdırma materiallarına görə, qeyd olunan “Üç guşə” Bərdə yaşayış məntəqəsinin Şərqindəki ərazilər olub.

Bəs həmin ərazilər Bərdə rayonunun hansı kəndlərini əhatə edir? 

1952-ci ildə Mir Cəfər Bağırovla  SSRİ lideri İosif Stalin arasında “Üç guşə” barədə hansı söhbət olub?

(Davamı var)

Təqdim etdi: Sultan Laçın