İndoneziyanın Açe əyalətində zəlzələ nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.
APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, 750 nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan 136-nın vəziyyəti ağır kimi qiymətləndirilir.
Təbii fəlakət nəticəsində öz evlərini tərk etməyə məcbur olan 3 200 nəfər xüsusi təxliyə mərkəzlərinə yerləşdiriliblər.
Xatırladaq ki, ötən gün İndoneziyada 6,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Sumatra adasının şimalında, ocağı isə 10 km dərinlikdə yerləşib.