SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktorun müavini Ceyhun Şıxəliyev İmişli rayonunun Xəlfəli kəndində aparılan qazlaşdırma prosesi ilə yerindəcə tanış olub.
Qanunla.Az xəbər verir ki, qazlaşmanın gedişati ilə bağlı ətraflı məlumat verildikdən sonra Birlik rəsmisi nəzarətçi-çilingərlərin qayğıları ilə maraqlanıb. Hər hansı bir problemlə bağlı müraciətlərini dinləməyə hazır olduqlarını bildirib. Xəlfəli kəndinə səfər bir qrup Birlik əməkdaşının Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılması ilə yekunlaşıb.
Növbəti səfər rayonun Hacıalmuradlı kəndinə olub. Qurum rəsmisi eynilə burada da mövcud vəziyyətlə yaxından maraqlanıb. Ərazidə çalışan nəzarətçi-çilingərlərə rəhbərliyin tapşırıq və göstərişləri çatdırıldıqdan sonra Birliyin əməkdaşları Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.
Və nəhayət İmişli rayonu üzrə səfərin sonuncu ünvanı Kürdmahmudlu kəndi olub. Qonşu kəndlərdə olduğu kimi burada da işlərin plana uyğun getdiyi və görüləcək işlər barəsində ətraflı məlumat verilib. Kürdmahmudlu kəndində işləri həyata keçirən bir qrup əməkdaş da Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.