İngiltərədə ikinci əl kitabların satıldığı mağazanın sahibi Qordon Draper qədim kitablardan birinin içindən ölümünə az qalmış bir ananın kiçik qızına yazdığı vida məktubunu tapıb.
Qordon Draper yanına şəkil də qoyulmuş məktubu gec də olsa öz sahibinə çatdırmaq istəyir.
Ana vida məktubunda yazır:
“Bethany (Mənim kiçik xəzinəm)
Əgər atan sənə bu məktubu oxuyursa bil ki, mən həyatımı itirmişəm və mələklərlə birlikdə yaşamaq üçün cənnətə getmişəm. Döşümdəki ağrılar artdığı üçün əməliyyat olsam da bir xeyri olmadı.
Mən hər zaman səmadan səni izləyib, yaxşı olduğundan əmin olacağam. Əgər “Parla parla ulduz” mahnısındakı kimi parlaq bir ulduz görsən bil ki, o mənəm. Yaxşı bir qız ol və uzun, xoşbəxt bir həyat yaşa. Atan və baban sənə baxacaq, səni məktəbə aparacaqlar.
Səni hər zaman sevəcəm. Kimsənin sənə mənim haqqımda danışmanın səhv bir şey olduğunu deməsinə icazə vermə. Ümid edirəm ki, məni heç bir zaman unutmayacaqsan. Hər zaman sənin anan olacam. Seni bol-bol qucaqlayır və öpürəm.
Əlvida.
Qeyd: Artıq Rosini sənə əmanət edirəm, sənə güvənirəm. Ona qarşı əsla laqeyd olma. Yaxşı?