İlham Əliyev və Vladimir Putin. Bütün məsələlər müzakirə olundu

0
603
 

Rusiya prezidenti Vladimir Putin ümid edir ki, onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü mövcud regional problemlərin həllinin axtarışına kömək edəcək. 

“Sizinlə ikitərəfli münasibətlərimiz və sadə olmayan regional vəziyyət barədə söhbət etmək imkanı üçün şadam”, – Soçidə ikitərəfli görüşün başlanğıcında İlham Əliyevə müraciətlə Vladimir Putin bildirib.

“Ümid edirəm ki, bugünkü görüşümüz də bütün mürəkkəb problemlərin həlli yollarını birlikdə axtarmağımız üçün yardımçı olacaq və əlbəttə ki, Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin inkişafı barədə də danışacağıq”, – Rusiya prezidenti əlavə edib.

Vladimir Putin qeyd edib ki, Moskva ilə Bakının gələcəyə yəönəlmiş bir çox birgə planları var. “Sizinlə görüşmək və bütün bu istiqamətlər üzrə söhbət etmək imkanına şadam”, – rusiyalı lider bildirib.

O qeyd edib ki, İlham Əliyevlə görüşə “Sirius” tədris mərkəzində görüşdən sonra gəlib. “Həmin layihənin necə inkişaf etdiyinə çox şad oldum, sizə də məmnuniyyətlə bu barədə danışacağam”, – dövlət başçısı azərbaycanlı həmkarına deyib.

Öz növbəsində İlham Əliyev deyib ki, Rusiya Federasiyası və Azərbaycan arasında münasibətlərin səviyyəsindən məmnundur.

O qeyd edib ki, bu cür görüşlər müntəzəm baş tutur və “çox uğurla inkişaf edən ikitərəfli münasibətlərimizin inkişafına yaxşı impuls” verir. “Biz münasibətlərimizin yüksək səviyyəsindən məmnunuq, siyasi, ticarət-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik, nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər mövcuddur”, – İlham Əliyev bildirib.

Azərbaycan prezidenti əlavə edib ki, iki ölkənin münasibətləri çoxplanlı xarakter daşıyır.

“Əlbəttə, regional və beynəlxalq siyasət, o cümlədən ikitərəfli münasibətlər və regionumuzda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə müntəzəm məsləhətləşmələrə zərurət var”, – İlham Əliyev qeyd edib.

BIR CAVAB BURAXIN