İlham Əliyev İndoneziyaya gedəcək

0
592

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İndoneziyaya rəsmi səfər edəcək.

Bu barədə AzVision.az-a eksklüziv açıqlamasında İndoneziyanın ölkəmizdəki səfiri Husnan bey Fananie bildirib. Səfirin sözlərinə görə, prezidentin səfəri gələn il baş tutacaq.

“Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İndoneziyaya səfəri gözlənilir. Cənab nazirin İndoneziyada Bali Demokratiya Forumunda iştirak edəcəyi planlaşdırılır. Forum çərçivəsində ikitərəfli əlaqələr müzakirə olunacaq. Çox güman ki, Azərbaycan prezideni İlham Əliyevin də İndoneziyaya səfəri müzakirə olunacaq. Ümid edirəm ki, Azərbaycan prezidentinin səfəri gələn ilin əvvəlində, ya da ortalarında baş tutacaq”.

BIR CAVAB BURAXIN