Sentyabrın 17-də Sabirabadda Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.
Dövlət başçısı müşavirədə giriş nitqi söyləyib.
Sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktorunun müavini Bəhruz Camalov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, “ÇTS Aqro” MMC-nin baş direktor əvəzi Arif İbrahimov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış ediblər.
Prezident İlham Əliyev müşavirəyə yekun vurub.