İldə yarım milyon avropalı buna görə ölür

0
658


 

Atmosferin çirklənməsi ildə təxminən yarım milyon avropalının vaxtından əvvəl dünyasını dəyişməsinə səbəb olur.

Axar.az xəbər verir ki, bu barədə Avropa Ətraf Mühit Agentliyindən informasiya yayılıb.

Məlumata görə, Atmosfer çirkliliyinin səviyyəsinin tədricən azalmasına baxmayaraq, Avropada erkən ölümün başlıca səbəbi çirkli ekologiya olaraq qalır. Havanın tərkibində olan, asanlıqla ağciyərlərə və hətta qan damarlarına nüfuz edən kiçik hissəciklər hər il Avropada təxminən 428 min insanın ölüm səbəbinə çevrilir. Avropada şəhər əhalisinin təxminən 82%-i həmin ultra kiçik zərrəciklərin təsirinə məruz qalır.

Qeyd edək ki, havanın çirklənməsinin əsas səbəbləri arasında azot dioksid və ozon qatı da göstərilir.

 

BIR CAVAB BURAXIN