II Dünya savaşı 5 bölgədən başlayacaq: Türkiyə…

0
608

 

 

 

Gələn il III Dünya müharibəsi başlaya bilər

Bu sözlər amerikalı professor Robert Farlinin məqaləsində yer alıb. Onun sözlərinə görə, müharibə beş regiondan start götürə bilər:

“Dünyanın bəzi bölgələrində gərginlik azalmağa başlayıb, amma bir sıra yerlərində bu gərginlik daha da artır. Dünyadakı konfliktlərə böyük güclərin müdaxiləsi daha da güclənir”.

Ekspert müharibənin Şimali Koreyadan başlama ehtimalının yüksək olduğunu qeyd edib. Onun fikrincə, bu müharibəyə Pxenyanla bərabər ABŞ, Çin və Yaponiya da qatılacaq.

İkinci təhlükəli bölgə Tayvan sayılır. Burada Çinlə ABŞ-ın üz-üzə gəlmə ehtimal var.

Farliyə görə, müharibə üçün üçüncü ən təhlükəli ərazi Ukrayna sayılır. Rusiyanın ölkədəki şəraitdən istifadə edərək, Ukraynada güclənmək istəməsi onun Qərblə toqquşmasına səbəb olacaq.

III Dünya savaşı üçün ən təhlükəli bölgələrdən biri Türkiyə hesab edilir. Ankaranın AB və ABŞ-la münasibətlərinin pisləşməsi və Rusiya ilə yaxınlaşması bölgədə qüvvələr balansını dəyişdirə bilər. Bu isə Qərbin səssiz durmamasına şərait yaradar. Tərəflər arasında savaş Suriya, İraq, İran, Balkanlar və Qafqazdakı situasiyadan asılı olacaq.

Professorun fikrincə, böyük savaş üçün sonuncu əsas bölgə Fars körfəzidir. Burada savaş Səudiyyə Ərəbistanı və İran arasında başlaya bilər. Ər-Riyadın İsraillə yaxınlaşması Tehranın narahatlığına səbəb olacaq. Üstəlik, Rusiyanın bölgədə yenidən təsirini geri qaytarmaq istəməsi kəskin reaksiyalara şərait yaradacaq. Axar.az

 

BIR CAVAB BURAXIN