İdxal məhsulların dəyəri: ət 2,6, kərə yağı 7,9, süd 2,8 manat

0
652

Bu ilin ilk 10 ayı ərzində xarici ölkələrdən Azərbaycana 34 min 4,3 ton ət, 6 min 953,4 ton süd, 11 min 888,6 ton kərə yağı gətirilib. Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 10 ayında idxal etdiyimiz kərə yağının miqdarı 0,4% və ya 50,8 ton azalıb, südün miqdarı 64,3% və 2 min 721,1 ton, ətin miqdarı isə 18,3% və ya 5 min 275,9 ton artıb. İdxal olunan bu məhsullar üçün ödənilən vəsait isə daha çox artıb. Belə ki, 2016-cı ilin yanvar-oktyabr aylarında 1 kiloqramı 1,12 dollar (1,9 manat) olan ətin gömrük dəyəri bu ilin ilk 10 ayında 1,54 dollara (2,62 manat) yüksəlib. Bundan başqa ötən ilin ilk 10 ayında südün 1 kiloqramının gömrük dəyəri 1,47 dollar (2,5 manat) olduğu halda, bu ilin ilk 10 ayında 1,66 dollar (2,82 manat), kərə yağının 1 kiloqramının gömrük dəyəri isə 3,4 dollar (5,8 manat) olduğu halda, bu ilin ilk 10 ayında 4,65 dollar (7,9 manat) olub.

BIR CAVAB BURAXIN