“İcra başçısı vardı, Qubada daşı daş üstə qoymadı”

0
569

“Qubanın icra başçısı var idi, işlədiyi dövrdə daşı daş üstə qoymadı. Çox ciddi nöqsanları var idi, mən rəhbərliyə bir neçə dəfə dedim ki, problem yarana bilər. Ona görə də rəhbərlik qərar qəbul etdi. İndi Qubaya təzə icra başçısı gəlib, Ziyəddin Əliyev”.

Bunu “Yeni Müsavat”a açıqlamasında bunu deputat, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Prezidentin icra başçılarını dəyişməsi ilə bağlı son sərəncamlarını şərh edən deputat icra başçıları bölgə əhalisinin həyatında böyük rol oynayır. “İcra başçıları çalışmalıdırlar ki, rayonda iş yeri açılsın, investisiyalar qoyulsun. Onlar mərkəzi aparatlarla, nazirliklərlə işləməlidirlər”.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinatın olmamasına münaassibət bildirən millət vəkili deyib: “Yəqin, təyin olunacaq. Ola bilər cənab prezidentin özünün fikri var. Mən çox istərdim ki, Bakıda mer seçkisi keçirilsin və Bakı böyük şəhər bələdiyyəsi olsun. Çünki Bakı artıq elə inkişaf mərhələsinə gəlib çatıb ki, buna böyük ehtiyac var. Bundan başqa, merin seçki yolu ilə seçilməsinə getmək olar. Yəqin ki, bu məsələlərə dövlətimiz tərəfindən baxılır. Cənab prezident elə bir şəxsi təyin etmək istəyir ki, Bakının gözəlliyi, inkişafı davamlı olsun”.

BIR CAVAB BURAXIN