Hondurasdan ABŞ-a yeni miqrant axını başlayıb

0
496

ABŞ-ın bütün cəhdlərinə baxmayaraq onun sərhədləri ətrafına  yeni müqrant dəstələri axışmaqdadır.

Arazinfo.com-un russian.rt-yə istinadən verdiyi xəbərə görə, bu gün səhər Hondurasdan olan bir qrup miqrant San-Pedro-Sula şəhərindən ABŞ-a doğru istiqamət götrüblər. Onlardan 153 nəfəri artıq Qvatemala ilə sərhədə çatıblar. Sərhəddə sənədləri yoxlanıldıqdan sonra onlar onlar ABŞ-a getmək üçün ölkəyə buraxılacaq və buradan onların digər dövlətin ərazisinə keçməsinə şərait yaradılacaq.  Son məlumatlara görə, aclıq və yoxsulluq nəticəsində hər gün azı 300 nəfər Hondurası tərk edərək ABŞ-a və digər ölkələrə üz tutur. Öz növbəsində prezident Donald Tramp miqrantları öz ərazilərindən buraxdığına görə, Qvatemala və Salvadoru sanksiyalarla hədələyib.