Hollivud ulduzu uğradığı təcavüzün detallarını açıqladı

0
714
ABŞ-da 50-dən çox qadına təcavüz etməkdə ittiham olunan Hollivud filmlərinin sponsoru Harvey Veinsteinə qarşı daha bir iddia italyan model Ambra Battilanadan gəlib.

Teleqraf.com xəbər verir ki, Battilanaya təcavüz etmiş Veinstein 2015-ci ildə modelə susması üçün 1 milyon dollar ödəyib.

“Nyu Yorker”ə açıqlama verən Battilana təcavüzün detallarını danışıb: “2015-ci ilin aprelində tədbirlərin birində Veinstein bir əli ilə döşlərimi sıxıb, digər əlini ətəyimin altına apardı. Polisə zəng edəndə Veinstein məndən üzr istəyib otağına dəvət etdi. Amma getmədim. Polislər gəlib işi araşdırdılar. Veinsteinin həbsinə az qalmışdı, amma vəkillər araya girdi və şikayətimi geri götürdüm. O zaman 22 yaşındaydım. İngilis dilini yaxşı bilmirdim. Pula da çox ehtiyacım vardı”.

Model qeyd edib ki, şikayətinin geri götürməsi üçün ona 1 milyon dollar pul verilib.

Qeyd edək ki, Harvey Veinstein 50-dən çox qadına təcavüz etməkdə ittiham olunur. Onların arasında Hollivud ulduzları da var.

Ambra Battilananın adı həmçinin İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin təcavüz işində də keçir. Qeyd olunur ki, Berluskoni 2013-cü ildə 18 yaşlı modelə təcüvüz edib.

BIR CAVAB BURAXIN