Hollandiya Baş naziri Mark Rutte uçuş qadağası ilə bağlı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın tənqidlərinə cavab verib.
Axar.az xəbər verir ki, nazir, Ərdoğanın Hollandiya haqqında “Nasist tör-töküntüsü və faşist” sözlərini işlətməklə sərhədi aşdığını bildirib.
“Türkiyənin qəzəbini anlayıram. Lakin səsləndirilən açıqlamalar artıq sərhədi aşıb”, – Rutte bildirib.
Qeyd edək ki, Hollandiya hökuməti Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Rotterdama uçuş icazəsini ləğv edib.