Hollandiyadan təhlükəli addım: İslam dünyası şokda

0
656

Hollandiyanın Azadlıq Partiyası müsəlmanların kəskin narazılığına səbəb olacaq təxribata imza atmağa hazırlaşır.

Geert Vildersin rəhbərlik etdiyi partiya parlamentdə Məhəmməd peyğəmbərin təsvir olunduğu karikatura yarışması təşkil edəcək.

Keçmişdə baş verən qorxunc təcrübələrə baxmayaraq, partiyadan verilən açıqlamada Hollandiyanın terrorla mübarizə agentliyinin yarışmanın təşkil olunmasına icazə verdiyi qeyd olunub.

Xatırladaq ki, Vilders və partiyası miqrantlarla müsəlmanlara qarşı aqressiv siyasət yürütməsi ilə tanınır. Quranın qadağan edilməsini deyən Vilders, İslamın da totalitar bir inanc olması fikrini müdafiə edir. (axar.az)

BIR CAVAB BURAXIN