Rusiya Xarici işlər naziri Sergey Lavrov mətbuata verdiyi açıqlamasında deyib ki, Holan təpələrinin statusunun BMT Təhlükəsizlik Şurasının qətnaməsinə məhəl qoymadan dəyişdirilməsi xoşagəlməz nəticələrə gətirib çıxara bilər.
Mediainfo.az-ın Nevvs.ru-ya istinadən verdiyi xəbərə görə, Lavrov deyib ki, Holan təpələrinin statusu yalnız BMT TŞ tərəfindən dəyişdirilə bilər. Lavrovun belə bir açıqlama verməsinə səbəb isə bir neçə gün öncə İsrail baş naziri Benyamin Netanyahunun Holan təpələrinin İsrailə aid olması və beynəlxalq aləmin bunu qəbul etməsinin vacibliyi barədə dediyi sözlər olub.