“Hizbullah” ABŞ tərəfindən transmilli cinayətkar qrup elan edilib

0
520

ABŞ-ın Baş prokuroru Ceff Seşns beynəlxalq aləmdəki 5 qurumu, o cümlədən İranın terror təşkilatı hesab edilən “Hizbullah”ı transmilli cinayətkar qruplar siyahısına daxil edib.

Mediainfo.az-ın  Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, “Hizbullah”dan əlavə Salvadorun MS-13 (Mara Salvatrucha) mafioz qruplaşmasının,  narkokartel “Синалоа”, Kolumbiyanın  El Clan del Golfo narkomafiya qruplaşmasının və Jalisco Nueva Generacion kartelinin adları da qara siyahıya salınıb.

Adı qara siyahıda olanlara qarşı mübarizə məqsədi ilə ABŞ-da xüsusi təyinatlı qrup yaradılacaq. Qrupun məqsədi “Hizbulah ” daxil olmaqla adları qara siyahıya salınan qruplaşmaların fəaliyyətini və üzvlərini izləmək, onları dəstəkləyənləri üzə çıxararaq həbs etmək, çirkli pulları müxtəlif yollarla yumaqlarının qarşısını almaq olacaq.

 

 

 

BIR CAVAB BURAXIN