Hitlerin Berlindən qaçış planı: Stalin nələr yazmışdı? – Şok video

0
1055


 

Üçüncü Reyxin rəhbəri Adolf Hitler 1945-ci ildə həyatının son günü evləndiyi xanımı Yeva Braunla birlikdə 30 aprel tarixində, Berlindəki bunkerində intihar edib.

Axar.az xəbər verir ki, Hitlerin yaxınlarının sözlərinə və ekspertiza nəticələrinə inansaq, bu versiyanın tam əksi olan bir variant da mövcuddur. Belə ki, ikinci varianta görə, Hitler heç də 30 apreldə, öz bunkerində xanımı ilə canına qəsd etməyib. Bu versiyaya görə, Hitler Yeva Braunla Berlindən Cənubi Amerikaya qaçıb və ömrünün sonuna – 75 yaşına qədər orda yaşayıb.

Ötən əsrin 80-ci illərinə yaxın ABŞ araşdırmaçı və tarixçiləri bu versiyanı faktlarla sübut etməyə çalışdı. Onların iddialarına görə, Hitler və Yevanın intihar etdityi xəbərləri yayılsa da, onlara aid sümük və ya cəsəd qalığını aşkar etmək mümkün olmayıb.

Mühəndis Hansın sözlərinə görə, 1945-ci ilin 30 aprelində 16.30-da – yəni Yeva ilə Hitlerin intihar xəbəri yayıldıqdan bir saat sonra Hitleri açıq boz rəngli kostyumda Berlinin mərkəzində Yunkerə aid olan təyyarəyə minərkən görüb.

Digər söyləntilərə görə, 25 aprel tarixində Hitler Bunkerdə ən yaxın silahdaşlarını və ən yaxşı pilotlarını yığaraq sirli bir iclas keçiritr. İclasda isə Hitler və xanımının Berlindən hansı plan üzrə evakuasiya olunması müzakirə olunub. Bu planın rəhbəri Hitlerin sevimli pilotlarından olan Hans Baller olub.

Sözügedən əməliyyat “Feral” əməliyyatı adlanırdı. Hələ 20 aprel tarixində sözügedən təyyarədə uçacaq insanların siyahısı müəyyən olunmuşdu. Bu şəxslər “Feral” əməliyyatı ilə Berlindən Barselonaya uçmalı idi. Maraqlısı budur ki, sözügedən siyahıda Göbbels, xanımı Maqda Göbbels və onun övladlarının adı yox idi.

30 apreldə baş tutan bu əməliyyat nəticəsində Hitler, Yeva Braun və onların bir neçə yaxın ətrafı Berlindən İspaniyaya – Barselona şəhərinə uçur, daha sonra sualtı qayıq vasitəsilə Argentinaya üz tuturlar.

Bu faktı ABŞ mütəxəssislərinin kosmosdan foto lentə aldığı sualtı qayıqlar təsdiqləyir. Sözügedən sualtı qayıqların Almaniya istehsalı olduğu və Üçüncü Reyxin rəhbərinin məhz bu sualtı qayılar vasitəsilə Argentinaya gəldiyi iddia olunur.

Bunu yerli əhalidən olan şahidlər də təsdiqləyir. Onlar 1945-ci ildə Argentinaya daxil olan üç sualtı qayığın üzərində Hitler Almaniyasının simvolu ola svastika işarələrini gördüklərini iddia edir.

Bütün bunları təsdiqləyən fakt SS əsgərlərinin və Hitlerin intihar etdiyi günlə bağlıdır: 30 aprel tarixində bunkerdə olan heç kim Hitler və xanımı Yeva Braunun ölmüş cəsədlərini gördüyü faktının üzərində durmur. Lakin əvvəlcədən Bunkerdə olan hər kəsə bu faktı görmədən də olsa təsdiqləmələri tələb olunmuşdu. Görünür, SS əsgərləri bu tapşırığı düzgün başa düşməyib.

Bununla yanaşı SSRİ rəbəri İosif Stalinlə ABŞ dövlət katibinin üç stenoqrafik yazısı ortaya çıxıb ki, bu yazılar Hitlerin öz bunkerindən qaçaraq başqa ölkədə sığınacaq tapması faktını təsdiqləyir.

1945-ci ilin yazın son ayında ictimaiyyət önündə Hitlerə eynilə bənzəyən. lakin yaşca daha yaşlı görünən birinin bunkerdə Hitlerin ölümündən sonra peyda olduğu faktı çoxsaylı şahidlər tərəfindən təsdiqlənir.

Lakin Argentinada olan şahidlər bunun tam əksini – olduqca sağlam, gümrah bir Hitler gördüklərini iddia edir. Həmçinin sözügedən şahidlər Hitler və Braunun Argentinada övladları olduğunu da iddia edir.

Daha ətraflı videoda:

 

BIR CAVAB BURAXIN