Hitlerin Antarktidada gizli bazası: Müəmmalar davam edir (2)

0
902

Arazinfo.com saytı araşdırmaçı jurnalist Əziz Mustafanın “Hitlerin Antarktidada gizli bazası: Müəmmalar davam edir”yazısının ikinci hissəsini oxucularına təqdim edir:

Almanlar 1939-cu ildən başlayaraq, Antarktidaya müntəzəm olaraq reyslər (üç ayda bir dəfə) təşkil edərək, burada gizli 211 saylı hərbi baza yaratdılar. Berqman sonralar yazdığı “Alman uçan nəlbəkiləri” adlı kitabında həmin dövrdə adıçəkilən hərbi bazaya çoxlu sayda dağ-mədən və tunel çəkilişlərində istifadə edilən qazma avadanlıqları göndərildiyini qeyd edir.

Məsələ ilə bağlı ABŞ ordusunun ehtiyatda olan polkovniki Uindel Stivensin sözlərinə görə, Antarktidaya göndərilən avadanlıqlar arasında Koler konvertorları da vardı və onlardan uçan diskvarı aparatların istehsalında istifadə edirdilər. Hitlerin Antarktidaya təşkil etdiyi gizli ekspedisiyaların sirrlərini araşdıran R.Vesko, V. Terziyski və D. Çaylders 1942-ci ildə Antarktidaya, xüsusilə cənub qütbünə işçi qüvvəsi kimi əsir və ölüm düşərgələrindən çoxlu sayda adam göndərildiyini yazırlar. Bundan əlavə, ən tanınmış alimlər tədqiqatçılar da Antarktidaya ezam edilmişdilər

Həmin dövrdə alman sualtı gəmiləri, o cümlədən məşhur “U”lar Antarktidaya müntəzəm olaraq səfərlər edirdilər. Fürerin mühafizəsi adlı xüsusi sualtı ekspedisiyaya isə 35 ən müasir sualtı gəmi daxil idi. Ötən saylarımızdan birində qeyd etdiyimiz kimi, müharibənin sonlarına yaxın Kil dəniz limanından sualtı gəmilər bu gün də adları məlum olmayan sərnişinləri ilə birlikdə Antarktidaya yol aldı. Bu sualtı gəmilərdən yalnız ikisinin taleyi məlumdur. Onlardan biri “U-530” sualtı qayığı 25 yaşlı kapitan Otto Vermautun komandanlığı altında Kildən Antarktidaya Hitlerin şəxsi əşyalarını və II reyxin bəzi  unikal avadanlıqlarını aparıb. “U-977” isə adıçəkilən sualtı gəmidən sonra Haynts Şefferin komandanlığı altında Antarktida sahillərinə yola çıxıb. Ancaq onun özü ilə nə apardığı məlum deyil. Sonralar hər iki gəmi müvafiq olaraq, 1945-ci ilin iyul ayının 10-da və avqustun 17-də Argentina sahillərindəki Mar-del Plata limanına gələrək, burada yerli hökumət orqanlarına təslim oldular. Onlarıın istintaqa verdikləri məlumatlar dərhal ABŞ-da həyəcanla qarşılandı.

1946-cı ildə ABŞ Antarktidadakı faşist hərbi bazasını məhv etmək üçün oraya tanınmış dəniz tədqiqatçısı və öz işini olduqca yaxşı bilən admiral Riçard E. Berdin (Byrd) komandanlığı altında hərbi sualtı qayıqlar və gəmilər göndərdi. Qarşı tərəfin bundan xəbər tutmaması üçün əməliyyat elmi ekspedisiya adı altında pərdələnmişdi. Ona 13 müxtəlif təyinatlı hərbi gəmi- sualtı qayıqlar, 25 döyüş təyyarəsi və vertolyot daxil idi. Onlardakı canlı hərbi qüvvənin sayı isə 4 min nəfərdən artıq idi. Gəmilər özləri ilə yarımillik ərzaq ehtiyatı götürmüşdülər. İlk günlərdən hər şey öz qaydasında gedirdi. Antarktida sahillərinə yan alan hərbi gəmilərdən qalxan təyyarələr havadan alman gizli hərbi bazası olduğu ehtimal edilən ərazinin 49 min fotoşəklini çəkmişdi. Amma gözlənilmədən 1947-ci il mart ayının 3-də hərbi gəmilər qarşılarına qoyulan vəzifələri yerinə yetirmədən tələm-tələsik ABŞ-a qayıtdılar. Bunun səbəbləri barədə bu günə kimi ABŞ susmaqda davam edir. Bu hadisədən 1 il sonra 1948-ci ilin may ayında Avropa ölkələrindən birində çıxan “Brizant” jurnalı sensasiyalı məlumat yaydı. Jurnalın yazdığına görə, ABŞ hərbi gəmilərinə Antarktida sahillərində düşmən güclü müqavimət göstərib. ABŞ hitlerçilərlə döyüşdə iki hərbi gəmisini, 4 təyyarəsini itirib, onlarla insan tələf olub. 9 hərbi təyyarə isə tamamilə yararsız hala düşüb. Amma sonralar həmin ekspedisiyada iştirak edənlər tərəfindən müxtəlif yollarla mətbuata sızan məlumatlara görə, ən dəhşətlisi su altından çıxan uçan diskvarı aparatların  onların üzərinə hücumları və atmosferdə insanların psixikasını pozan izlər buraxması olub. Bununla bağlı mətbuatda gedən yazılarda həmçinin adıçəkilən ekspedisiyanın komandanı Berdin hazırladığı və gizli xüsusi komissiya qarşısında çıxış etdiyi hesabata da istinad edilir.

 Onu da deyək ki, bu hadisədən 10 il sonra ABŞ admiral Berdin rəhbərliyi altında Antarktida sahillərinə yeni qütb ekspedisiyası göndərdi. Ancaq Berd bu ekspedisiya zamanı müəmmalı şəkildə həlak oldu. Onun ölümündən sonra mətbuatda guya admiralın öz əli ilə yazdığı  gündəliyindən bəzi məlumatları dərc etməyə başladılar.

Onu da deyək ki, bu hadisədən 10 il sonra ABŞ admiral Berdin rəhbərliyi altında Antarktida sahillərinə yeni qütb ekspedisiyası göndərdi. Ancaq Berd bu ekspedisya zamanı yenə də müəmmalı hadisələrlə qarşılaşdı və tələm-tələsik geri qayıtmalı oldu. 1957-ci ildə Berd İndianapolisdə gözlənilmədən infarktdan dünyasını dəyişdi. Halbuki ömrünü dənizlər qoynunda keçirən və dəfələrlə Antarktidaya səfərlər edən Berd olduqca sağlam idi və  heç vaxt ürək xəstəliyindən şikayətlənməmişdi. Amma Berddən sonra digər ekspedisiya üzvləri də müəmmalı şəkildə bir-birilərinin ardınca dünyalarını dəyişməyə başlayanda bu ölümlərin heç də təsadüfi olmadığı ortaya çıxdı. Belə güman edilir ki, naməlum qüvvələr Berd və onun ekspedisiyasından yenidən Antarktidaya səfər etdikləri üçün intiqam alıblar və onların şahid olduqları sirləri özləri ilə qəbrə aparmasını daha məqsədəuyğun hesab ediblər.

Berdin ölümündən sonra Amerikanın “San” jurnalı generalın gündəliyindən bəzi səhifələrin surətini dərc etdi. Berd yazırdı ki, o, heç vaxt yüksək sürətə malik olan və bir andaca işıq sürəti ilə uçan diskvari aparatlarla qarşılaşacağına inana bilməzdi. Amma bunu görəndən sonra o, almanların həqiqətən də, Antarktidada naməlum sivilizasiya ilə dil tapa bildiklərini anlayıb. Berd gündəliyində bu güclərlə amerikalıların ehtiyatlı davranmasını və onları qıcıqlandırmamasını tövsiyə edib. Amma Berdin gündəliyinin digər səhifələri sonralar çap edilmədi. Belə başa düşmək olar ki, ABŞ hökuməti sirrin açılmasına imkan verməmək məqsədi ilə “San” jurnalına təzyiq göstərib.

Berdin Antarktidaya sonuncu səfərinin arxasında, əlbəttə, digər maraqlar da dayanıb. Belə ki, ABŞ hökuməti Berdi sonuncu dəfə Qərbi Antarktidaya göndərmişdi. Qərbi Antarktida daş kömür mədənləri ilə zəngindir və onun ehtiyatı fantastik rəqəmlərlə ifadə edilir. ABŞ məhz daş kömürlə zəngin Qərbi Antarktidanı, o cümlədən Uedelle dənizindəki Antarktida yarımadası və Berdin şərəfinə adlandırılan Berd torpağını özünün ərazisi hesab edir.

Əziz Mustafa

BIR CAVAB BURAXIN