Henrix Yaqoda – Evindən pornofilmlər və seks oyuncaqları tapılan “NKVD”-nin ilk komissarı  

0
1081
10 iyul  SSRİ Xalq daxili İşlər Komissarılığının (NKVD) yarandığı gündür. 1934-cü ilin bu tarixində SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə “NKVD” yaradılmış və mövcud dövrdə SSRİ-nin əsas qurumlardan biri kimi fəaliyyətə başlamışdır.

Modern.az saytı “NKVD”-nin ilk rəhbəri Henrix Yaqoda haqqında yazını təqdim edir.

Henrix Yaqodanı SSRİ-nin represiyalar üzrə baş mütəxəssisi də adlandırmaq olar. “NKVD”-yə komissar təyin olunduqdan sonra o, kütləvi represiyaların həyata keçirilməsi üçün bütün imkanlarından istifadə edib. Yeni cəza növləri, yeni işgəncələr, yeni həbs düşərgələri və bu kimi “ixtiralar” məhz onun adı ilə bağlıdır.

Yaqoda 1891-ci ildə Rıbinskidə anadan olub. Yeniyetməlik illərindən inqilabi hərəkata qoşulub. Atasının yaxın dostu olan, bolşeviklərin rəhbərlərindən biri Sverdlov onun həyatında mühüm rol oynayıb. (Sonradan Yaqoda Svrdlovun qardaşı qızı ilə ailə həyatı qurub) Məhz bolşeviklərin dövlət çevrilişindən sonra, sovet hökuməti qurulduqda Yaqoda Sverdlovun köməyi ilə “CK”-da (Fövqəladə Komissiyada) işə düzəlib və o, bu strukturda zaman-zaman yüksək vəzifələrə təyinat alıb. 1927-ci ildən isə bu quruma rəhbərlik etməyə başlayıb. Etimadı tam doğruldan və Stalinə qarşı çıxanları güllələnməyə məhkum etməklə, sürgünə göndərməklə ad çıxaran Henrix Yaqoda, nəhayət 1934-cü ilin iyul ayının 10-da SSRİ Mərkəzi İcraiyyə Komitəsi Xalq daxili işlər Komissarlığının yaradılması ilə bağlı qərar çıxaranda bu qurumun ilk komissarı təyin olunub. O, həm də SSRİ-də ilk dövlət təhlükəsizliyi generalı rütbəsini alıb.

Henrix Yaqodanın represiya maşını on minlərlə günahsız insanların həyatına son qoyub. Statistik göstəricilərə görə o, “NKVD”-yə rəhbərlik etdiyi dövrdə bu rəqəm son həddə çatıb.

Yaqodanın adı bir çox qalmaqallı ölüm hadisələri ilə də yadda qalıb. Leninqrad vilayət partiya komitəsinin 1-ci katibi Kirovun öz kabinetinin qarşısında qətlə yetirilməsində sifarişçi kimi Yaqodanın da adı keçir. Əslində Yaqodanın böyük peşəkarlıqla apardığı ikibaşlı siyasi oyunlar Kirovun qətlə yetirilməsindən sonra üzə çıxmağa başlayıb. Yaqoda bu oyunları ilə mövqelərini möhkəmlətmək istəsə də buna nail ola bilməyib.
“Antisovet Trotski qruplaşması”nın məhkəmə prosesində Zinovyev və Kamenev öz ifadələrində SSRİ Həmkərlar İttifaqının sədri Tomskinin də öz qruplarında olduğunu söyləyəndə onu da həbs ediblər. Tomski təcridxanada intihar edib. İntihardan qabaq isə Stalinə məktub ünvanlayıb:
“Yoldaş Stalin, mən sizə həm SSRİ-nin rəhbəri, həm də bir silahdaş kimi müraciət edirəm. Zinovyev kimi həyasız bir insanın sözlərinə inanmayın. Mən heç bir blokun, qruplaşmanın üzvü olmamışam. Əgər həqiqəti olduğu kimi bilmək istəyirsinizsə həyat yoldaşımdan soruşun…”
Stalin bu məktubu oxuduqdan sonra məsələnin araşdırılmasını Yejova həvalə edib. Yejov Tomskinin həyat yoldaşı ilə görüşüb və bu haqda Stalinə yazılı məlumat verib. Həmin məlumatda bu ifadələr də öz əksini tapıb:
“Tomskinin Trotski qruplaşmasına sürükləyən, məcbur edən, onların fəaliyyətinə qoşulmağa vadar edən Henrix Yaqoda olub…”
Daha sonra Maksim Qorkinin və oğlunun ölüm işlərində də Yaqodanın adı hallanıb. Məhkəmə prosesində o, Maksim Qorkinin oğlunun ölümündə əlinin olduğunu etiraf edib və bunun şəxsi bir məsələ olduğunu, onun həyat yoldaşını sevdiyinə görə öldürdüyünü bildirib. Maksim Qorkinin öz ölümündə isə Yaqoda Trotskinin sifarişçi olduğunu söyləyib.
Təbii ki, bu hadisələr Stalinin diqqətindən kənarda qalmayıb və o, Yaqodanın “NKVD”-də qalmağını məqbul saymayıb. Henrix Yaqoda 1936-cı ilin sentyabr ayında SSRİ-nin rabitə komissarı vəzifəsinə təyin olunub. Bu təyinatdan 5 ay sonra Henrix Yaqoda bütün vəzifələrdən azad olunub və sənədləri istintaq orqanlarına göndərilib.
Henrix Yaqoda zəngin həyat tərzi sürməyi sevib. Həbsindən sonra bağ evində axtarış zamanı müxtəlif bahalı xəzlər, qızıl, gümüş, qiymətli zinyət əşyaları aşkar edilib. Ancaq təkcə bunlarmı? “NKVD” şefinin evindən 3904 ədəd pornoşəkillər kolleksiyası, 11 ədəd pornofilm, 120 ədəd porno çəkilişli lent, bir seks oyuncaq – rezindən düzəldilmiş kişi cinsiyyət orqanı, öz ölçüsünə uyğun qadın alt paltarları tapılıb. Sonralar yaxın ətrafının söylədiklərinə görə o, bu əşyalardan tez-tez istifadə edirmiş. Hətta bağ evində keçirdiyi yeni il şənliklərindən birində o, çox sevdiyi seks oyuncağı ilə qonaqların qarşısında əməlli-başlı şou da göstəribmiş.
Məhkəmə prosesində Henrix Yaqoda cəsusluq maddəsindən başqa ona qarşı qaldırılan bütün ittihamlarla razılaşıb.
Məhkəmə prosesində SSRİ Baş prokuroru Vışinskinin Henrix Yaqodaya ünvanladığı sonuncu “Tutduğunuz əməllərə görə təəssüf hissləri keşirirsinizmi” sualına isə Henrix Yaqoda belə cavab verib:
“Çox təəssüflənirəm, hədsiz dərəcədə təəssüflənirəm ki, imkanım olduğu halda sizi bir-bir güllələməmişəm…”
1938-ci ilin mart ayının 13-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən Henrix Yaqoda ölüm çəzasına məhkum edilib. 2 gün sonra isə mart ayının 15-də 2 il sahiblik etdiyi “NKVD”-nin zirzəmisində güllələnib.

İlham Cəmiloğlu

BIR CAVAB BURAXIN