Hazırda sülh üçün vaxt yetişib

0
1467

Hazırda sülh üçün vaxt yetişib.

Cənab Prezident İlham Əliyev cari ilin 9 mart tarixində keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışında qeyd etdi ki, “Hazırda sülh üçün vaxt yetişib. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik”

Əslində burda itirən tərəf varsa oda Ermənistan tərəfidir. Uzun illərdir heç bir müstəqil qərar qəbul etmək iqtidarında olmayan Ermənistan tərəfi bir daha beynəlxalq aləmə əsl simasını göstərir. Bütün beynəlxalq iqtisadi layihələrdən kənarda qalmaqla onsuzda tənəzzül dövrünü yaşayan Ermənistan iqtisadiyyatını daha da çətin duruma salmaqdadır. Xaricdən gələn ianələr hesabına yaşamaqdansa beynəlxalq iqtisadi layihələrə qoşulmaq yeganə xilas yoludur.

Erməni xalqı anlamalıdır ki, uzun illərdir təbliğ etdiyi xəstə və iyrənc təfəkkürdən imtina edib qonşu dövlətlərlə, ən əsası isə Azərbaycan Respublikası ilə sülh müqaviləsi bağlayıb normal əlaqələrə cəhd etməlidir.

Cənab prezident İlham Əliyevin dediyi kimi Azərbaycan onsuzda regionun lider dövlətidir. Biz onsuzda kommunikasiyaların istifadəyə verilməsini təmin edəcəyik. Burda kiminsə mənfi fikiri bizə maraqlı deyil. Biz beynəlxalq hüquq çərçivəsində bunu edəcəyik.

Biz Azərbaycan xalqı olaraq hər birimiz Ali baş komandanın iradəsinə və gücünə inanırıq.

Yaşasın müzəffər Ali baş komandan , yaşasın müstəqil Azərbaycan!

Rasif Qaçayev – Zərdab rayonu Gəlmə kənd tam orta məktəbinin direktoru