“Hazırda övladlarımızın gələcəyi barədə düşünmək lazımdır”

0
617

Müsahibimiz 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürən Qorxmaz Heydərovdur:

– Qorxmaz muəllim, sizi Bakı şəhəri ilə nə birləşdirir?

– Mən burada doğulmuşam, oxumuşam, böyümüşəm. Azərbaycan mənim vətənimdir, Bakı Mənim şəhərimdir.

– Bakı sakinləri niyə məhz sizi dəstəkləməlidirlər?

– Bunun alternativi yoxdur
-Hansı alternativdən danışırsınız?
-Mən özümə rəqib görmürəm. Aydındır ki, aldatma və yalanla bu seçkiləri qazana bilərlər. Amma ədalətli seçkidə onlar mənə qalib gələ bilməzlər.

– Gənclər Sizi dəstəkləyirmi?

– Bizi hər yerdə dəstəkləyirlər. Əsasən gənclər dəstəkləyir. Pensiyaçılar artıq hər şeyə şübhə ilə yanaşırlar. Gənclərə ümidlər var ki, onlar sosiıa şəbəkələrdə fəal olacaq və bütün bu məlumatları yayacaqdır.
Gənclərə yol vermək lazımdır, biz uşaqları düzgünlük, həqiqət və ədalətlə tərbiyə etmək istəyirik.

– Sizin anlayışınızda ideal deputat kimdir, onun necə təhsili, uğur qazanmaq üçün onun hansı keyfiyyətləri olmalıdır?

– Mənim fikrimcə, hansısa yüksək keyfiyyətə malik olan ideal deputat obrazından danışmaq çox çətindir.
Bildiyiniz kimi, deputat fəaliyyəti çox müxtəlifdir və ən müxtəlif sahələrdə inkişaf edə bilər – bu təhsil və mədəniyyət, iqtisadiyyat və sahibkarlıq, tikinti, mənzil və kommunal xidmətlər və s. ola bilər. Buna baxmayaraq, qanunla icazə verilir ki, deputat xüsusi təhsili olmayan vətəndaş ola bilər. Deputat qanunvericilik fəaliyyəti ilə məşğul olaraq ümumteoretik biliklərə malik olmalıdır.
Deputatın peşə hazırlığı ilə yanaşı, müəyyən həyat təcrübəsi də olmalıdır.
Deputatın işinin əsas formalarından biri seçicilərlə ünsiyyətdir.
Deputat insanlarla danışmağı, kömək etməyi və eyni zamanda onlara yerli-yersiz maliyyə yardımdan imtinanı bacarmalıdır. Çünki bəzi problemləri həll etməyə bizim gücümüz çatmır. Ancaq insanlara qanuni yollarla kömək etməkdən imtina edə bilməzsiniz.
Onu dinləməyi, məsləhət verməyi bacarmaq lazımdır. Bunu isə həyat biliyi olmadan etmək mümkün deyil.
Mənim fikrimcə, uğurlu deputat olmaq istəyənlər üçün əsas vacib şərt yüksək peşəkar hazırlıq və yaxşı həyat təcrübəsidir.

– Hüquq və ya iqtisadi ali təhsil müəssisəsini bitirmiş gənc deputat olmasa belə, deputatın köməkçisi vəzifəsinə namizəd ola bilərmi?

– Əlbəttə. Qanuna uyğun olaraq 18 yaşına çatmış hər bir vətəndaş seçə və seçilə bilər. Təbii ki, deputat olmaq üçün səsvermə prosedurundan keçmək lazımdır. Amma gənc mütəxəssislərə, əlbəttə ki, deputat köməkçisi vəzifəsindən yola başlamağı tövsiyə edərdim. Bu iş peşənin bütün incəliklərini içəridən öyrənməyə və gələcəkdə uğurlu karyera qurmağa imkan verir.

– Qorxmaz muəllim, sağ olun. Gələcək planlarınızda Sizə uğurlar arzulayıram.
-Siz də sağ olun

Əziz Mustafa

Arazinfo.com