Haqqı nahaqqa qurban verməyən general-Lev Roxlin /Əziz Mustafa

0
1094

 

 

 

Haqqı nahaqqa qurban verməyən  general-Lev Roxlin

 

Onun adı bir vaxtlar Rusiyanın ali dairələrində ən istedadlı, özünü korrupsiyaya bulaşdırmamış təmiz və vicdanlı generllardan biri kimi çəkilirdi. Kremldə onun müdafiə naziri vəzifəsinə  namizədliyi belə gündəmə gətirlmişdi. Onun simasında hətta Rusiyanın yeni Suvorovunu görənlər də az deyildi. Həqiqətən də, o, istedadlı, eyni zamanda vicadınını heç nəyə satmayan və həmişə həqiqətin tərəfində dayanan bir general idi. Amma o Kremldən ölkəni idarə edənlərin bəzi siyasəti ilə razılaşmır və bunu Rusiyanın dövlətçilik maraqlarına vurulan ən böyük zərbə olduğunu cəsarətlə bəyan edirdi. O bütün bunların bir nəticə vermədiyini görəndə istefaya çıxaraq siyasətə qoşuldı və Dövlət Dumasının deputatı seçildi. Bununla da o, özü də bilmədən onu  faciəli bir ölümə aparacaq həyat yolu seçmiş oldu. Dəfələrlə təhdidlərə, təzyqilərə məruz qalsa da cəsarətlə Yeltsin və ətrafındakılarının Rusiyanın Qafqazda yeritdiyi yanlış, ermənipərəst siyasəti cəsarətlə pislədi və bunun əlehinə çıxdı. 1994-1996-cı illərdə Rusiya tərəfindən Ermənistana 1 milyard dollarlıq silahla bağlı günahkarların məhkəməyə cəlb edilməsini və onların cəzalandırılmasını istədi. Bununla da özünə çoxlu düşmənlər qazandı və günlərin birində müəmmalı şəkildə onun həyatına son qoydular…

 

Lev Roxlin 1947-ci il il iyun ayının 6-da Qazaxıstanın Aralsk şəhərində anadan olub. Onun ölümündən 8 ay sonra atasını həbs etdirlər və o, sürgündə dünyasını dəyişdi. Anası Kseniya İvanovna üç uşağını təkbaşına böyütməli oldu. 1957-ci ildə Roxlinlər ailəsi Daşkəndə köçdü.  Daşkənddə orta məktəbi bitirən Roxlin bir müddət aviasiya zavodunda işlədyi. Sonra onu hərbi xidmətə çağırdılar və bundan sonra Lev taleyini ordu ilə bağladı. 1970-ci ildə Daşkənd

Ali hərbi Ümumqoşun Komandirləri məktəbini bitirən Roxlin bir müddət Almaniyadakı Sovet qoşunlarının tərkibində xidmət keçdi. Sonra hərbi akademiyanı da bitirən Roxlin ən istedadlı zabitlərdən biri kimi diqqəti cəlb etdi.

Əfqanıstanda iki il

Ötən əsrin 70-ci illərinin sonlarında SSRİ-nin Əfqanıstana müdaxiləsi və adı çəkilən ölkəni faktiki olaraq qardaşlıq yardımı adı altında işğal etməsi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə birmənalı qarşılanmadı. Çünki  Əfqanıstana hərbi qüvvələr yeridilməsi  SSRİ-yə böyük maliyyə vəsaiti hesabına başa gəlməyə başlamışdı. Bunun da nəticəsində 1980- ci ildən başlayaraq SSRİ daxilində ərzaq çatışmazlığı meydana gəməyə başladı.  Çünki Əfqanıstanda hərbi qüvvələrin saxlanılmasına ayrılan xərclər kənd təsərrüfatı üçün nəzərdə tutulan subsidiyaların yarıbayarı azaldılmasına gətirib çıxarmışdı. Üstəlik  gözlənildyinin əksinə olaraq Əfqanıstanda Sovet ordusu həm canlı qüvvə, həm də hərbi texnika sarıdan böyük həcmdə itki verməkdə idi. Bu itkilərin yerini doldurmaq üçünsə oraya müntəzəm olaraq əlavə hərbi qüvvələr göndərilirdi. Bu müstəvidə də Roxlinin xidmət etdiyi hərbi hissəni 1982-ci ildə Əfqanıstana göndərdilər. Roxlin əvvəlcə Əfqanıstanın Bədəxşan vilayətinin Fayzabad şəhərində hərbi xidmətini davam etdirdi. O burada ilk uğursuzluqla qarşılaşdı. Belə ki, 1983-cü ilin aprel ayında Roxlinin komandanı olduğu 860-cı motoalayın keçirdiyi hərbi əməliyyat  həm canlı qüvvə, həm də hərbi texnika sarıdan böyük itkilər verməsinə gətirib çıxardı. O dövrdə Roxlinin yaxınlarından birinin də dediyi kimi, əfqan mücahidlər Roxlinə əsl hərbi dərs keçdilər. Bu uğursızluqdan sonra Roxlini 860-cı motoalayın komandiri vəzfəsindən azad etdilər. Onu Əfqanıstanın Qəznə şəhərindəki 191-ci motolalayın komandiri vəzifəsinə təyin etdilər. Burada əfqan mücahidlərə qarşı keçirlən hərbi əməliyyatlar zamanı özünü yenidən bacarıqlı hərbçi kimi göstərən Roxlinə bu dəfə hərbi alaya rəhbərlik etməyi tapşırdılar. Mücahidlərlə döyüşdə iki dəfə yaralanan Roxlini 1984-cü ildə SSRİ qaytardılar. O əvvəlcə polka, sonra isə diviziyaya rəhbərlik etməyə başladı.  Qeyd edək ki, Əfqanıstanda hərbi xidmətdə olarkan Roxlində  SSRİ-dəki qeyri- ruslara

qarşı bir nifrət əmələ gəlmişdi. Onun bu nifrəti xüsusi ilə Zaqafqaziya hərbi dairəsində-Kutaisidə korpus komandirinin müavini vəzifəsində işləyərkən daha sərt şəkildə nəzərə çarpırdı. Roxlin 1989-cu ildə Tbilisidə, 1990-cı ildə Bakıda və daha sonra digər qaynar nöqtələrdə baş verən xalq hərəkatının yatırılmasında iştirak etmişdi. Yenə də qeyd edək ki, Roxlin bütün hallarda hadisələrə münasibətdə obyektivliyini qoruyub saxlamağa çalışır və vicdanın hökmünə əsasən hərəkət edirdi. Əlbəttə o hərbçi idi və yuxarıların tapşırıqlarını yerinə yetirirdi. Ona görə də siyasəti, ətrafında baş verənləri anlamaqda müəyyən qədər çətinlik çəkirdi.  Özünün də o dövrdə  dediyi kimi dinc əhaliyə qarşı silah işlədilməsi barədə yuxarıdan verilən əmr ona çatmırdı. Roxlin: ” Əfqanıstanda biz konkret düşmənə qarşı  əməliyyat aparırdıq. Onlar bizə, biz də onlara nifrət edirdik. Amma ölkə daxilindəki sovet vətəndaşları idilər. Onlar üstlərinə hər an ölüm yağdırmağa hazır olan sovet əsgərlərini gül-çiçəklə, duz-çörəklə qasrşılayırdılar. Onlar bizləri sevirdilər, amma bizi onlara doğma sovet adamlarına qarşı silah işlətməyə məcbur edirdilər. Yuxarılar bu insanları sakiləşdirmək üçün niyə başqa yol tapmırdılar, anlaya bilmirdim. Mənim üçün qaynar nöqtələrdə xidmət etmək çox ağır və əzablı idi,- demişdi.”

Həmin dövrdə ona elə gəlirdi ki, bütün bu baş verənlərin arxasnda xarici ölkə kəşfiyyatı tərəfindən ələ alınan bir qrup millətçi və təxribatçı güclər, həmçinin ölkə rəhbərliyinin səriştəsiz idarəçiliyi dayanır. Ona görə də generalda SSRİ rəhbərliyinə qarşı bir inamsızlıq yaranmışdı. bu inamsızlıq isə onda get-gedə ölkə rəhbərliyinə qaşı nifrətə çevrilməkdə idi.

Xüsusi ilə SSRİ dağılandan sonra Roxlində ölkənin ali dairələrinə qarşı bu nifrət daha da gücləndi. Halbuki Yeltsin hakimiyyətə gələndə, general tezlikə ölkə daxilində qayda-qanun yaradılacağına, qaynar nöqtələrdə baş verən özbaşınalıqlara son qoyulacağına böyük ümidlər bəsləyirdi. Roxlin həmin dövrdə ətrafındakı yaxınlarından birinə: “Yeltsinin milli ayrı-seçkiliklərə, bir milləti özünə müttəfiq, dost, digərini isə düşmən görmək siyasətinə son qoyacağına ümid edirəm. Milli etnik qarşıdurmaları körükləməklə dövləti qoruyub saxlamaq olmaz. Qorbaçov və ətrafındakılar bununla yanlış siyasət yeritdilər. Rus xalqı öz ərazisində yaşayan bütün xalqların etimadını qazanmaq siyasətinə üstünlük verməlidir. Bu məsələdə hərbi yol, hərbi gücdən istifadə etmək çıxış yolu deyil. Biz əgər böyük dövlət olduğumuzu sübut etmək istəyiriksə, onda milli azlıqların hüquqlarına da hörmət etməli, onlara qarşı ədalətsiz davranmaqdan əl çəkməliyik”,-demişdi.

Qəhrəman adından imtina

Lev Roxlinin öz vicdanının hökmünə qulaq asması Çeçenistan müharibəsi zamanı daha parlaq şəkildə üzə çıxdı. O, ilk günlərdən Çeçenistanda müharibəyə başladılmasının əleyhinə idi və hər vasitə ilə problemin dinc yollarla həllinə çalışırdı. Bununla bağlı o öz fikrini ölkənin müdafiə nazirliyinə də bildirmişdi. Lakin müdafiə naziri, anası erməni olan Pavel Qraçov Roxlinə qarşı çıxaraq: “İmperiyanı yalnız hərbi gücdən istifadə yolu ilə qoruyub saxlamaq olar. Onlar, etnik azlıqlar itaət etməsələr onda özlərindən küssünlər. Çünki onların axırına çıxmağa qadirik”-demişdi.

Belə bir vəziyyətdə Roxlin hərbiçi kimi ona verilən əmrləri yerinə yetirməkdən başqa çarəsi qalmırdı. 1994-cü ildə general Pavel Qraçovun təhriki İlə Yeltsin Çeçenistanda yeni müharibənin başladılması barədə qərar qəbul etdi. Bundan ruhlanan və özünü az qala tanınmış sərkərdə Suvorova bənzədən Qraçov yanvar ayının 1-ni Qroznıda qarşılacağını və bayramı orada qeyd edəcəyini rəsmi şəkildə bəyan etmişdi.  Çeçenistan üzərinə hücuma Roxlinin komandanı olduğu 8-ci qvardiya korpusu da cəlb edilmişdi. Amma Ççenistan üzərinə hücum ruslara baha başa gəldi  və onlar döyüş meydanında böyük itkilər verdilər. Bununla belə sonrakı aylarda baş verən döyüşlərdə ruslar böyük itkilər hesabına da olsa Qroznını işğal etməyə

nail oldular. Roxlinin komandanlıq etdiyi korpus Qroznının bir-sıra rayonlarını, o cümlədən Prezident sarayını ələ keçirdi. Buna görə də generala Rusiya Federasiyasının Milli Qəhrəmanı adı verildi. Ancaq Roxlin bu addan imtina etdi. O: “Mən öz xalqıma qarşı döyüşmüşəm, əlimi onların qanına batırmışam, ona görə də mənim bu adı daşımağa haqqım yoxdur”,- deyərək Rusiya Federasiyası Qəhrəmanı adını qəbul etmədi. Bu isə generala xalq arasında böyük şöhrət gətirdi. Roxlinin xalq arasındakı hörmətini görən və Ççenistan müharibəsinin dalana dirəndiyini anlayan Yeltsin onu Çeçenistan rəhbərliyi ilə atəşkəs elan edilməsi barədə aparılan danışıqların rəhbəri təyin etdi.

 

 

 

Lev Roxlin ölkə rəhbərliyinin hərbi məsələlərdə on minlərlə insanın taleyi ilə oynadığına artıq şübhə etmirdi. Ona görə də ölkə rəhbərliyi tərəfindən yeridilən yanlış siyasətə son qoymaq məqsədi ilə siyasətlə məşğul olmaq qərarına gəldi. Bu məqsədlə də o, “Bizim evimiz Rusiyadır” hərəkatının II qurultayında iştirak etdi. Qurultayda onu alqışlarla qarşıladılar və tezliklə general bu hərəkatın liderlərindən birinə çevrildi.

Siyasi fəaliyyət dövrü

1995-ci il dekabr ayında Dövlət Dumasına keçirilən seçkilərdə Lev Roxlin millət vəkili seçildi. Bununla da onun həyatında siyasi mübarizələr dövrü başladı. Qeyd edək ki, Yeltsin və ətrafındakılar əvvəlcə generala öz adamları kimi baxırdılar. Ona görə də onun Dövlət Dumasına seçilməsini dəstəkləmişdilər. Bu müstəvidə də Lev Roxlinin Dövlət Duması müdafiə məsələləri komitəsinin sədri seçilməsini məmnunluqla qarşıladılar. Həqiqətən də bir müddət Boris Yeltsin və ətrafındakılarla Lev Roxlinin münasibətləri olduqca yüksək səviyyədə idi. General Boris Yeltsini yanlış siyasət yeritməkdən çəkindirəcəyinə əmin idi və onlar arasında bu barədə tez-tez söhbətlər olurdu. Yeltsin zahirən generalın iradları ilə razı idi və onu dəstəkləyirdi. Lakin ətrafındakılar Lev Roxlinin Yeltsinin işlərinə həddindən çox müdaxilə etməsindən narazı idilər. Ona görə də onlar müxtəlif yollarla Yeltsini generalın əleyhinə qaldıra və onlar arasına etimadsızlıq toxumu səpə bildilər. Nəticədə Lev Roxlin anladı ki, Yeltsini yanlış siyasət yeritməkdən çəkindirə bilməyəcək.

Dövlət Dumasında ifşaedici çıxış

1997-ci il aprel ayınınn 2-də Lev Roxlin Dövlət Dumasının qapalı keçirilən iclasında Azərbaycan -Ermənistan münaqişəsində ermənilərin tərəfini tutan və bu məqsədlə 1992-1996-cı illərdə ermənilərə 1 milyard dollarlıq silah verən Yeltsin administrasiyasını kəskin şəkildə tənqid etdi. O qeyd etdi ki, Rusiyada həkimlərə və müəllimlərə maaş, təqaüdçülərə təqaüd verilməsinə pul tapılmadığı halda Ermənistana 1 milyard dollarlıq silah hədiyyə edilməsi cinayətdir və bu bölgədə Rusiyaya olan ümidləri daha da azaldaraq münaqişədə olan tərəflərdən digərini çıxış yolunu Qərbdə axtarmağa məcbur edəcək. Sonradan məlum oldu ki, Ermənistana bu silahlar Rusiyanın Vazianidəki ( Gürcüstan) və Gümrüdəki hərbi bazalarından, həmçinin Şimali Qafqazdakı hərbi qüvvələrindən verilib. Ermənistana 1 milyard dollar dəyərində silahı daşımaq üçünsə “Ruslan” və “İl-76” hərbi yük təyyarələrindən istifadə edilib.

Ermənistana həmin dövrdə yalnız tanklar və adi artilleriya qurğuları deyil, həmçinin müasir hava-hücumundan müdafiə sistemləri, o cümlədən operativ taktiki təyinatlı “R-17” raketləri vermişdilər. Bununla əlaqədar general tərəfindən hazırlanan hesabatda göstərilirdi ki, Emənistana hədiyyə edilən “R-17″ operativ-taktiki təyinatlı raketlərlə Bakı şəhərinin altını üstünə çevirmək olar. Roxlinin bununla bağlı Rusiya rəhbərliyini sərt tənqid atəşinə tutması  və Ermənistana verilən 1 milyard dollarlıq silahla bağlı məsələ tezliklə mətbuata sızaraq böyük hay-küyə səbəb oldu. Roxlinin kəskin tənqidi çıxışlarından sonra Yeltsin yaxınlarından birinə:”Biz bu Roxlinləri öz yolumuz üzərindən süpürüb atmalıyıq. Çünki başqa çarəmiz yoxdur”,-demişdi.

Azərbaycan da generalın çıxışından sonra məsələ bağlı Rusiyaya etiraz edərək məsələnin araşdırılmasını tələb etdi. Belə bir vəziyyətdə fakt qarşısında qalan Yeltsin və ətrafındakılar Azərbaycanın etirazını nəzərə alaraq Ermənistana silah verilməsi ilə bağlı məsələni dırnaqarası araşdıran komissiya yaratdılar. Amma bu komissiyanın hər hansı nəticə verməyəcəyi öncədən aydın idi. Elə də oldu.

Vəziyyətin get-gedə pisləşdiyini görən Yeltsin və ətrafındakılar, o cümlədən Ermənistan kəşfiyyatı Roxlini aradan götürmək qərarına gəldilər. Çünki Roxlin alınan və satılan generallardan deyildi.

Roxlin yeni qurum yaradır

1997-ci ilin iyun ayında Roxlin hərbi hissələrə məktub yazaraq ordunun ağır vəziyyətdə olduğunu bildirdi. O, bunun günahını isə Prezident Boris Yeltsinin üzərinə atmışdı. General eyni zamanda orduda baş verən korrupsiyada müdafiə nazirliyinin yüksək səviyyəli məmurlarını günahlandırmışdı. Onun bu məktubu Rusiyanın ali dairələrində bomba kimi partlamışdı. Bundan sonra Yeltsin və ətrafındakılar Roxlini aradan qaldırmaq prosesini daha da sürətləndirmək qərarına gəldilər.

Həmin dövrdə “Bizim evimiz Rusiyadır”hərəkatının da faktikli olaraq Yeltsinin tərəfində olduğunu görən Lev Roxlin bu qurumu tərk etdi. Bunun ardınca, 1997-ci ilin sentyabr ayında Lev Roxlin “Orduya, müdafiə sənayesinə və hərbi elmə dəstək” hərəkatını yaradaraq ona rəhbərlik etməyə başladı. Bu hərəkata o dövrün tanınmış hərbçiləri, o cümlədən eks müdafiə naziri  İqor Rodionov Hərbi desant qüvvələrinin keçmiş komandanı Vladislav Açalov və Dövlət Təhlükəsizliyi Komitəsinin sabiq sədri İqor Kryuçkov daxil idilər.

Lev Roxlin bu qurum vasitəsi ilə ölkə rəhbərliyinin yanlış siyasətinə mane ola biləcəyinə və lazım gələcəyi halda ordunun köməyi ilə Yeltsin və ərtrafındakıların hakimiyyətinə son qoyacağına əmin idi.

1998-ci il aprel ayının 7-də Roxlinin və Dövlət Dumasının Təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İlyuxinin təşəbbüsü ilə Rusiya fedearasiyasının Beynəlxalq Haaqa məhkəməsində impiçmentinin qaldırılmasına hazırlıq qərargahı yaradıldı. Qərargah rəisi vəzifəsinə isə A. Morozov təyin edildi.

Dövlət çevrilişinə hazırlıq

Ölkədə vəziyyəti nəzarət altına almaq və dövlətin yeritdiyi zidd ziyasəti düzəltmək məqsədi ilə Roxlin yeganə çıxış yolunu hərbi çevrilişdə görürdü. Ona görə də bununla əlaqədar Roxlin xüsusi plan hazırladı. Plana əsasən 1998-ci il iyul ayının 28-də Boris Yeltsin həbs  edilməli və ölkədə hakimiyyət generalların əlinə keçməli idi….

 

 

Roxlinin tərəfdarlarından biri, ehtiyatda olan polkovnik Nikolay Batalovun sözlərinə görə, Yeltsinin ətrafındakı əksər generallar hərbi çevriliş məsələsində Roxlini müdafiə edirdilər.

Amma generaldan şübhələnən Yeltsin və ona sadiq olan qüvvələr də Roxlinin aranı qarışdıra biləcəyindən narahat idilər. Ona görə də  generalın hər addımı xüsusi xüdmət orqanları tərəfindən izlənilirdi. Bunu Rusiya Hərbi Desant Qüvvələrinin keçmiş komandanı general Vladislav Açalovun açıqlaması da sübut edir. Açalovun sözlərinə görə, iqtidarda olan qüvvələr Roxlinin fəaliyyətindən çoxdan şübhələnmişdilər və onun hər addımını nəzarətə götürmüşdülər: “Nəticədə məlum olmuşdu ki, Roxlin hərbi çevrilişə hazırlaşır.”

Bu hərbi çevriliş Rusiya tarixində dekabristlər üsyanından sonra hakimiyyəti ələ almaq üçün ikinci hərbi çevriliş cəhdi olacaqdı.

Qəribə bir vəziyyət əmələ gəlmişdi: 1994-cü ildə Çeçenistan müharibəsində fəal iştirak edən və göstərdiyi qəhrəmanlıqlara görə Rusiyanın Milli Qəhrəmanı adına layiq görülən, amma sonra bu addan imtina edən general Roxlin indi dövlətə qarşı hərbi çevrilişə hazırlaşırdı.

Hərbi çevrilişə hazırlıq məqsədi ilə regionlara səfər edən Roxlin orada keçirdiyi görüşlərdə sərt bəyanatlar verirdi və o, bununla nəinki  Yeltsin və ətrafındakıları, həm də  komministləri və liberalları da qorxuya salmışdı.

Açalovun sözlərinə görə, əvvəllcə regionlara səfərlər zamanı dövlət çevrilişi məsələsi gündəmdə yox idi: “Biz regionlara səfərlər zamanı həm də hərbi qarnizonlarda olur əsgər və zabitlərlə görüşürdük. Bu görüşlər zamanı on minlərlə insan bizi ayaqüstə alqışlayırdı. Mən onunla Kazanda və digər yerlərdə keçirilən görüşlərdə iştirak etmişəm. O, bu görüşlər zamanı hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirirdi və bu da xalq tərəfindən rəğbətlə qarşılanırdı. Biz həm də hərdən 5-6 nəfərlə birgə Roxlinlə onun bağ evində görüşürdük. Əvvəlcə hərbi yolla hakimiyyəti ələ almaq məsələsi müzəkirə edilmirdi. Amma sonra ölkədə başlayan iqtisadi böhran və tərədarlarımızın sayının gündən-günə artması nəticəsində özümüz az qala qalib kimi hiss etməyə başladıq. Bunun ardınca isə ölkədə xaosa son qoymaq məqsədi ilə bəzi planlar ortaya çıxdı. Son nəticədə biz dövləti gözləyən təhlükədən xilas etmək üçün çıxış yolunu hərbi çevrilişdə gördük.

Roxlinin digər silahdaşı Batalovun sözlərinə görə, hərbi çevriliş baş verəcəyi halda onlara Kremldəki mühafizə polkunun böyük hissəsi, Qaradənis donanması, Ryazan Hərbi desant  məktəbi, Taman və Qantəmir diviziyası yardım etməli idi. Bundan əlavə xalqa müraciət edilməsi və əyalətlərdən on minlərlə insanın Moskvaya, Roxlini dəstəyə gələcəyi planlaşdırılmışdı. Xarici ölkələr qismində isə əsas kömək Lukaşenkodan gəlməli idi. Amma artıq Yeltsin və ətrafındakılar Roxlinin hərbi çevriliş planından xəbər tutmuşduar. Ona görə də tələm-tələsik Roxlini müdafiə edən hərbi hissələri ölkənin ucqarlarına göndərdilər. Generala yaxın olan zabitləri isə müxtəlif bəhanələrlə işdən çıxarmağa başladılar. Batalovun sözlərinə görə, bütün bunlara baxmayaraq Roxlin hərbi çevriliş planını həyata keçirməkdə israrlı idi. Lakin bu planı həyata keçirməyə ona imkan vermədilər… Bu işdə isə Yeltsinə həm də kommunistlər yardım etdilər.

 

 

Roxlinin tərəfdarlarından biri, ehtiyatda olan polkovnik Nikolay Batalovun sözlərinə görə, Yeltsinin ətrafındakı əksər generallar hərbi çevriliş məsələsində Roxlini müdafiə edirdilər.

Amma generaldan şübhələnən Yeltsin və ona sadiq olan qüvvələr də Roxlinin aranı qarışdıra biləcəyindən narahat idilər. Ona görə də  generalın hər addımı xüsusi xüdmət orqanları tərəfindən izlənilirdi. Bunu Rusiya Hərbi Desant Qüvvələrinin keçmiş komandanı general Vladislav Açalovun açıqlaması da sübut edir. Açalovun sözlərinə görə, iqtidarda olan qüvvələr Roxlinin fəaliyyətindən çoxdan şübhələnmişdilər və onun hər addımını nəzarətə götürmüşdülər: “Nəticədə məlum olmuşdu ki, Roxlin hərbi çevrilişə hazırlaşır.”

Bu hərbi çevriliş Rusiya tarixində dekabristlər üsyanından sonra hakimiyyəti ələ almaq üçün ikinci hərbi çevriliş cəhdi olacaqdı.

Qəribə bir vəziyyət əmələ gəlmişdi: 1994-cü ildə Çeçenistan müharibəsində fəal iştirak edən və göstərdiyi qəhrəmanlıqlara görə Rusiyanın Milli Qəhrəmanı adına layiq görülən, amma sonra bu addan imtina edən general Roxlin indi dövlətə qarşı hərbi çevrilişə hazırlaşırdı.

Hərbi çevrilişə hazırlıq məqsədi ilə regionlara səfər edən Roxlin orada keçirdiyi görüşlərdə sərt bəyanatlar verirdi və o, bununla nəinki  Yeltsin və ətrafındakıları, həm də  komministləri və liberalları da qorxuya salmışdı.

Açalovun sözlərinə görə, əvvəllcə regionlara səfərlər zamanı dövlət çevrilişi məsələsi gündəmdə yox idi: “Biz regionlara səfərlər zamanı həm də hərbi qarnizonlarda olur əsgər və zabitlərlə görüşürdük. Bu görüşlər zamanı on minlərlə insan bizi ayaqüstə alqışlayırdı. Mən onunla Kazanda və digər yerlərdə keçirilən görüşlərdə iştirak etmişəm. O, bu görüşlər zamanı hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirirdi və bu da xalq tərəfindən rəğbətlə qarşılanırdı. Biz həm də hərdən 5-6 nəfərlə birgə Roxlinlə onun bağ evində görüşürdük. Əvvəlcə hərbi yolla hakimiyyəti ələ almaq məsələsi müzəkirə edilmirdi. Amma sonra ölkədə başlayan iqtisadi böhran və tərədarlarımızın sayının gündən-günə artması nəticəsində özümüz az qala qalib kimi hiss etməyə başladıq. Bunun ardınca isə ölkədə xaosa son qoymaq məqsədi ilə bəzi planlar ortaya çıxdı. Son nəticədə biz dövləti gözləyən təhlükədən xilas etmək üçün çıxış yolunu hərbi çevrilişdə gördük.

Roxlinin digər silahdaşı Batalovun sözlərinə görə, hərbi çevriliş baş verəcəyi halda onlara Kremldəki mühafizə polkunun böyük hissəsi, Qaradənis donanması, Ryazan Hərbi desant  məktəbi, Taman və Qantəmir diviziyası yardım etməli idi. Bundan əlavə xalqa müraciət edilməsi və əyalətlərdən on minlərlə insanın Moskvaya, Roxlini dəstəyə gələcəyi planlaşdırılmışdı. Xarici ölkələr qismində isə əsas kömək Lukaşenkodan gəlməli idi. Amma artıq Yeltsin və ətrafındakılar Roxlinin hərbi çevriliş planından xəbər tutmuşduar. Ona görə də tələm-tələsik Roxlini müdafiə edən hərbi hissələri ölkənin ucqarlarına göndərdilər. Generala yaxın olan zabitləri isə müxtəlif bəhanələrlə işdən çıxarmağa başladılar. Batalovun sözlərinə görə, bütün bunlara baxmayaraq Roxlin hərbi çevriliş planını həyata keçirməkdə israrlı idi. Lakin bu planı həyata keçirməyə ona imkan vermədilər… Bu işdə isə Yeltsinə həm də kommunistlər yardım etdilər.

 

 

 

1997-ci ilin iyun ayında Roxlin hərbi hissələrə məktub yazaraq ordunun ağır vəziyyətdə olduğunu bildirdi. O, bunun günahının isə Prezident Boris Yeltsində olduğunu bildirdi. O, eyni zamanda orduda baş verən korrupsiyada müdafiə nazirliyinin yüksək səviyyəli məmurlarını günahlandırmışdı. Onun bu məktubu Rusiyanın ali dairələrində bomba kimi partlamışdı. Bundan sonra Yeltsin və ətrafındakılar Roxlini aradan qaldırmaq prosesini daha da sürətləndirmək qərarına gəldilər.

 

1998-ci il aprel ayının 7-də Roxlinin və Dövlət Dumasının Təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İlyuxinin təşəbbüsü ilə Rusiya fedearasiyasının Beynəlxalq Haaqa məhkəməsində impiçmentinin qaldırılmasına hazırlıq qərargahı yaradıldı. Qərargah rəisi vəzifəsinə isə A. Morozov təyin edildi. Amma ona çevrilişə kimi yaşamağa imkan vermədilər.

 

 

Müəmmalı qətl

 

1998-ci il iyul ayının 3-də general Lev Roxlın  Nara-Fominsk rayonunun Klokovo kəndindəki bağ evində mğəmmalı şəkildə qətlə yetirildi. Dərhal istintaq başladı və şübhəli qismində generalın həyat yoldaşı Tamara saxlanıldı. Ertəsi gün qısa sorğu-sualdan sonra Tamara ərini qətlə yetirdiyini etiraf etdi. Tamara Roxlina həbsə alındı. Ancaq bir müddət sonra Tamara Roxlina istintaqa verdiyi ifadəni danaraq ərini öldürmədiyini iddia etməyə başladı. Bundan sonra istintaq orqanları Tamara Roxlinanın psixi cəhətdən normal və ya anormal olmasını  müəyyən etmək üçün bu sahə üzrə ixtisaslaşan Serbski adına instituta göndərdilər. İnstitutda isə generalın həyat yoldaşının anlaqlı, psixi cəhətdən sağlam olduğunu bildirdilər. Beləliklə “istintaq” zamanı Tamara Roxlinanın günahı sübuta yetirildi. 1999-cu il mart ayının 19-da Rusiya Baş prokurorluğu generalın ölümü ilə bağlı istintaq işini başa çatdıraraq Tamara Roxlinaya qarşı ittihamnamə ilə çıxış etdi. İttihamnamədə Roxlinanın günahı tam şəkildə sübuta “yetirilmiş” və o, qəsdnən adam öldürməkdə ( Rusiya Federasiyası Cinayət Kodeksinin105-ci maddəsinin 2-ci bəndi) günalandırılmışdı. Roxlina “etiraf” etmişdi ki, ərini öldürməsinə səbəb ona qarşı olan nifrəti olub. Baş verən cinayətin ağırlığını nəzərə alaraq bu əsasda da Roxlinanın həbs müddəti əvvələcə 1999-cu il iyul ayının 3-nə kimi uzadıldı. 1999-cu il oktyabr ayının 18-də Rusiya Baş Prokururluğu bu müddəti  2000-ci il yanvar ayının 3-nə kimi uzatdı. 1999-cu il dekabr ayının 30-da Rusiya Baş Prokuroru Moskvadan kənara çıxmamaq şərti ilə Roxşinanı həbsdən azad etdi. Bu, çoxları üçün gözlənilməz oldu. Çünki dəhşətli şəkildə qətəə yetirlən general sağlığında kifayət qədər yüksək vəzifələr tuturdu. Üstəlik bu qətl xüsusi amansızlıqla həyata keçirilmişdi. Həbsdən azad edildikdən sonra Tamara Roxlina yenidən açıqlama verərək bildirdi ki, o ərini öldürməyib və bu işi zorla onun boynuna qoyublar. 2000-ci il noyabr ayının 16-da Naro-Fominsk rayon məhkəməsi Tamara Roxlinanı Dövlət Dumasının deputatı general Lev Roxlini öldürməkdə təqsirli bildi və onu 8 il müddətinə azadlıqdan məhrum etdi. Amma Roxlinanın vəkilləri məhkəmə qərarından narazı qalaraq işə yenidən baxılması üçün yuxarı orqanlara müraciət etdilər. Bununla əlaqədar 2000-ci il dekabr ayının 21-də Moskva vilayət məhkəməsi işə yenidən baxdı və Rusiya federasiyası Cinayət Kodeksinin 64-cü maddəsinə istinadən Roxlinanın cəza müddətini 8 ildən 4 ilə endirdi. Amma müttəhimin vəkilləri bu qərarla da razılaşmadılar. Onlar ərinin ölümündə Roxlinanın əli olmadığını iddia edərək bu dəfə Rusiya Federasiyasi Ali Məhkəməsinə müraciət etdilər. Cinayət işini bir daha yenidən araşdıran Ali Məhkəmə isə öz növbəsində 2001- ci il iyun ayının 7-də Roxlina haqqında çıxarılan həbs cəzasını ləğv etdi və onu yenidən geriyə Naro-Fominsk rayon məhkəməsinə göndərdi. 2001-ci il dekabr ayının 3-də Naro-Fominsk rayon məhkəməsi işə yenidən baxmalı idi. Ancaq Roxlina xəstə olduğu üçün növbəti məhkəmə bir  il sonra 2002-ci il noyabr ayının 15-də keçirildi. Məhkəmədə Roxlina yenidən ərini öldürmədiyini və bu işi 3 nəfər maskalı şəxsin həyata keçirdiyini bildirdi. Bundan sonra məhkəmə Roxlinanı yenidən psixi ekspertizadan keçməyə yolladı. Yenə də Serbski adına institut müttəhimin ağlının başında olduğunu bildirdi.  Məhkəmə isə məsələ ilə bağlı qəti qərar qəbul etməkdə çətinlik çəkərək işə baxılmasını yenidən təxirə saldı. 2003-cü il aprel ayının 22-də Roxlina üzərində yeni məhkəmə keçirildi. Amma məhkəmə gedişində Roxlinanın halı gözlənilmədən pisləşdi və onu təcili yardımla xəstəxanaya göndərməli oldular. Məhkəmə prosesi isə növbəti dəfə təxirə salındı. 2003-cü il oktyabr ayında Roxlina yeməkdən zəhərlənərək qospitala yerləşdirldi və uzun müddət burada müalicə olundu. 2004-cü il oktybar ayının 25-də Naro-Fominsk rayon məhkəməsi generalın öldürülməsi ilə bağlı istintaq işini yenidən başlatmaq qərarına gəldi. Buna səbəb isə Rusiya Federasiyası Cinayət Kodeksinə edilən dəyişiklik oldu.

Halbukşi cinayət törədilən vaxt  başqa qanıun qüvvədə və məhkəmənin işə qanuna edilən yeni dəyişiklik əsasında baxmağa hüququ  çatmırdı. Yaranmış vəziyyətdən istifadə edən Roxlinanın vəkilləri bu dafə İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etdilər. Avropa İnsan Hüquqları məhkməsi isə Roxlinanın işinə baxaraq məhkəmə proseisndə onun hüquqlarının pozulduğunu ( insan hüquqları üzrə Avropa Konvensiyasının 3-ci paraqrafı maddə 5) bildirdi. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi işə baxılmasının 6 il davam etməsini  İnsan hüquqları üzrə Avropa konvensiyasının 1-ci maddəsinə zidd olduğunu bəyan etdi Məhkəmə Rusiya hökumətinə Roxlinaya ödəmək üçün 8000 avro cərimə kəsdi.

Bununla da generalın müəmmalı qətli ətrafında məhkəmə məzhəkəsinə son qoyulmuş oldu. Amma bu günə kimi Lev Roxlinin ölümü ətrfaında müəmmalar davam edir və yəqin bu iş heç vaxt açılmayacaq…

PS.

Lev Roxlinin müəmmalı şəkildə öldürülməsindən sonra, onun tərəfindən yaradılan Ordunun, müdafiə sənayesinin və hərbi elmin inkişafına yardım” hərəkatına Viktor İlyuxin rəhbərlik etməyə başladı. İlyuxin də olduqca ədalətli, haqqı nahaqqa qurban verməyən, rüşvətxorlara qarşı amansız mübarizə aparan şəxs idi. Professional hüquqşünas olan İlyuxin uzun müddət SSRİ prokurorluğunda işləmiş, ötən əsrin 80-ci illərinin sonlarında qaynar nöqtələrdə, o  cümlədən Dağlıq Qarabağda, Ermənistanda, Azərbaycanda, Fərqanədə ( Özbəkistan), Pridnestrovyedə və Gürcüstanda istintaq komissiyalarına rəhbərlik etmişdi. O hər yerdə haqqı müdafiə edən adam kimi tanınırdı. Buna görə də təzyiq  və təhqirlərə dözməyərək hüquq-mühafizə orqanlarını tərk etməyə məcbur olan İlyuxin həmin dövrdə baş verən faciəli hadisələrdə Mixail Qorbaçovun əli olduğunu dönə-dönə vurğulayırdı. Ona görə də Kremldə İlyuxini  ermənilər və Qorbaçovun ətrafındakılar sevmirdilər.  2010-cu ildə Azərbaycandakı KİV-dən birinə verdiyi müsahibəsindəo  demişdi ki, Özbəkşistanda pambıq işini təhqiq edən komissiyanın rəhbəri Qdlyan rüşvət olaraq aldığı milyonları Qarabağda ermənilərin silahlandırılmasına sərf edib.

Bu müsahibədən sonra ermənilər İlyuxinin ünvanına hədələyci, təhqiredici məktublar göndərməyə başladılar. İlyuxin onlara cavabında isə belə yazmışdı: ” Mən üzərimə atılan bu çirkablara cavab verməyədə bilərdim. Ancaq onlar həddindən artıq canfəşanlıq edir, mənə münasibətdə qırmızı xətti keçməyə başlayıblar. Mən erməni  “ziyalıları”nın onlara məxsus olan eqoizmini, hər şeyə üstdən aşağ baxmalarını, yalan danışmağı və onu həqiqət kimi qələmə verməyi  özlərinin sağalmaz xəstəliklərindən birinə çevirməsini yaxşı bilirəm. Amma onlar Azərbaycanı faşizmdə günahlandıranda deməyə söz tapa bilmirəm. Bax bu yerdə də susa bilmirəm. Kimləri isə faşizmdə günahlandırmaq üçün ən azından gərək əlində əsasın olsun.

2011-ci il mart ayının 19-da Viktor İvanoviç İlyuxin şəhər ətrafındakı Kratovo qəsəbəsindəki  evində gözlənilmədən ürək tutmasından vəfat etdi. Halbuki, o büütn həyatı boyu  ürəyindən şikayət etməmişdi. Bununla əlaqədar mətbuata açıqlama verən Dövlət Duması sədrinin müavini İvan Melnikov demişdi: ” Biz İlyuxinin ürək tutmasından ölməsi ilə bağlı həkimlərin diaqnozuna hörmət edirik, ancaq bizi yalnız mərhumun fizioloji vəziyyəti deyil, infarktın səbəbləri maraqlandırır.”

Dövlət Dumasının deputatı sergey Obuxov isə İlyuxinin qəfil ölümü ilə bağlı belə demişdi: “Rusiya Federasiyası Kommunist Partiyası rəhbərliyi İlyuxinin ölümü ilə bağlı müstəqil tibbi ekspertizanın keçirilməsini tələb edəcək O heç vaxt ürəyindən şikayət etməmişdi və biz onun gözlənilmədən ölməsinin arxasında hansısa müəmmanın   dayandığının düşünürük.”

İlyuxinin nədən ölməsi və ya öldürülməsi məsələsi də bu günə kimi müəmma olaraq qalmaqdadır.

 

 

 

 

 

 

 

BIR CAVAB BURAXIN