Hakimiyyətdən getmək istəməyən 22 illik prezidentə ultimatum verilib

0
657

Gambiyada keçirilmiş prezident seçkisinin qalibi, müxalifətçi Adama Barrow üçün inaqurasiya mərasimi ölkəsinin qonşu Seneqaldakı səfirliyində keçirilib.

Buna səbəb odur ki, seçkidə əvvəlcə məğlubiyyətini qəbul və rəqibini təbrik edən hazırkı prezident Yahya Jammeh sonradan fikrini dəyişib və indi getmək istəmir.

Seçkinin qalibi Adama Barrow qonşu Seneqalda and içib

Seçkinin qalibi Adama Barrow qonşu Seneqalda and içib

O bəyan edib ki, seçkidə saxtakarlıqlar olub və “Allahdan qorxan yeni MSK-nın” təşkil edəcəyi təkrar seçki istəyir.

Qəzetlərin yazdığına görə Jammeh “mömin müsəlmandır və onu camaat arasında əli Quransız görən olmayıb”.

Seçkiyə qatılanadək Londonun şimalındakı Argos təsərüffat malları şəbəkəsi mağazasında mühafizəçi kimi çalışan Barrow inaqurasiyadan sonra etdiyi qısa çıxışda deyib ki, bu, “bütün qambiyalıların unutmayacağı bir gündür”.

O ölkənin silahlı qüvvələrinə “vətənə sadiq qalmağı” əmr edib.

Qambiya paytaxtı Banjulun küçələri gün ərzində boş idi, lakin son xəbərlərdə küçələrə izdihamın axışdığı xəbər verilir.

Adamlar “rədd ol, diktator” şüarları səsləndirirlər.

1994-cü ildə hakimiyyətə "qansız çevrilişlə" gəlmiş Jammeh getmək istəmir

1994-cü ildə hakimiyyətə “qansız çevrilişlə” gəlmiş Jammeh getmək istəmir

Barrow həyatına olan real təhlükəyə görə qonşu Seneqala sığınıb və hətta it hücumu nəticəsində öldürülmüş oğlunun yasına da gələ bilməyib.

1994-cü ildə hakimiyyətə “qansız çevriliş” nəticəsində gəlmiş Jammeh, Afrika İttifaqının hakimiyyəti yanvarın 20-dək təhvil vermək qərarını yerinə yetirməkdən imtina edir və ölkədə fövqəladə vəziyyət elan edib.

Minlərlə qambiyalı gözlənilən hərbi toqquşmalara düşməmək üçün ökləni tərk ediblər. Qərbi Avropadan olan turistlər təcili qaydada ölkəni tərk etməyə çalışırlar.

Hazırda Qərbi Afrika ölkələrinin silahlı qüvvələri döyüş hazırlığı vəziyyətində BMT Təhlükəsizlik Şurasının qətnaməsini gözləyirlər.

Lakin bəzi məlumatlara görə Seneqal qoşunları artıq Qambiya sərhədini keçib. Nigeriyanın döyüş təyyarələri həyəcan hazırlığı vəziyyətinə gətirilib.

BIR CAVAB BURAXIN