Hakimiyyət Ter-Petrosyanın sülh çağırışına reakiya verir

0
777
 

Ermənistan hakimiyyətindən eks-prezident Levon Ter-Petrosyanın Qarabağda sülhə və kompromislərə çağıran çıxışına reaksiyalar gəlir.

Ter-Petrosyanın çıxışına müdafiə naziri Vigen Sərkisyan reaksiya verib. Nazir eks-prezidentin erməni xalqının fəxr etməyə futbolçu Henrix Mxitaryandan başqa heç  bir nailiyyəti olmadığı haqda dediklərinə cavab olaraq bildirib ki, Ter-Petrosyan bu məsələdə haqlı deyil. Çünki ermənilərin fərx etməyə başqa xadimləri də var.

Ter-Petrosyanın Ermənistan hakimiyyətinin “millət-ordu” yaratmaq barədə irəli sürdüyü proqramı tənqid etməsinə cavab olaraq müdafiə naziri deyib ki, o, keçmiş prezidentin “sülhün güclü müdafiə sisteminə malik olmadan mümkün olmadığını” dərk etmədiyini tamamilə istisna edir. Onun fikrincə, irəli sürülən “millət-ordu” ideyası dövlətin militarizasiyasına yox, cəmiyyətlə silahlı qüvvələrin sıx əməkdaşlığına yönəlib.

Vigen Sərkisyan Ter-Petrosyanın pasifist ruhlu çağırışlarının da indi Ermənistan üçün aktual olmadığını, çünki ölkənin “hərbi avantüra qarşısında qaldığını” deyib.

Hakim Respublika partiyasının parlament fraksiyaının rəhbəri Vagram Bağdasaryan isə Ter-Petrosyanın çıxışının hakim partiyanı və hökumət üzvlərini prezident Serj Sərkisyanı sülh və kompromislər məsələsində dəstəkləməyib tək qoyduqları haqda dediklərinə cavab verib. “Serj Sərkisyan heç vaxt tək qalmayıb”-Bağdasaryan “Aravot” qəzetinə bildirib.

Sülh çağırışlarına gəldikdə isə Bağdasaryan deyib ki, Dağlıq Qarabağın statusuna dair dəqiq yanaşma olmadığı təqdirdə erməni tərəfi qarşılıqlı güzəştlər haqda danışmağı özünə rəva görə bilməz.

Ermənistan xarici işlər nazirinin özünün idiot danışıq tərzi  və üsulubu ilə seçilən müavini Şavarş Köçəryan isə Ter-Petrosyanın çıxışının bütün tezislərini rədd edərək Azərbaycanın kompromislər haqda “ancaq Qarabağla danışa biləcəyini” deyib. Hakimiyyət düşərgəsinə yaxın politoloqlar da Ter-Petrosyanın sülh çağırışlarını ya tənqid ediblər və bunun Azərbaycanın marağına xidmət etdiyini deyiblər, ya da belə çağırışların yersiz olduğunu bildiriblər. Prezident Serj Sərkisyan isə hələlik çıxışa reaksiya verməyib.

Reaksiyaların məcmusu bunu göstərir ki, Ermənistan siyasi dairələrində eks-prezidentin sülh və kompromislər yolu ilə Qarabağ məsələsinin həllinə nail olmaq, status-kvonun uzadılmasına son qoymaq barədə çağırışlarına dəstək demək olar ki, yoxdur.

Levon Ter-Petrosyanın ötən həftə rəhbəri olduğu Ermənistan Milli Konqresinin qurultayındakı çıxışının tam mətninin azərbaycan dilinə tərcüməsini virtualaz.org artıq oxuculara çatdırıb.

Virtualaz.org

BIR CAVAB BURAXIN