Hakimiyyət Aşura günü küçə yürüşlərini qadağan etdi

0
579

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tabeliyində olan bütün dini icmalara xəbərdarlıq edilib ki, Aşura günündə matəm mərasimləri Azərbaycan qanunvericiliyi çərçivəsindən kənara çıxmamalıdır.

Aşura mərasimi ilə əlaqədar küçə yürüşlərinin keçirilməsi fətva ilə qadağan olunub.

Qeyd edək ki, son vaxtlara qədər Aşura günündə Lənkəranda, Astarada, Gəncədə, Sabirabadda və bir sıra başqa rayonlarda dindarlar məscidlərdən kənar izdihamlı küçə yürüşləri və başqa kütləvi aksiyalar keçirirdilər.

Aşura günü dini icmalar tərəfindən qanunvericiliyə necə riayət olunmasına xüsusi komissiyalar nəzarət edəcək və onlar öz müşahidələri ilə bağlı hesabat hazırlayacaqlar. Yerlərdəki bütün axund və imamlara göndərilən tövsiyələr QMİ-də, müxtəlif dövlət idarələri ilə birlikdə hazırlanıb.

QMİ-dən həmçinin bildiriblər ki, bu gün Bakıda və regionlarda 14 böyük məsciddə Mərkəzi Qan Bankının mütəxəssisləri ilə birlikdə könüllü qanvermə aksiyaları keçiriləcək.

Virtualaz.org

BIR CAVAB BURAXIN