Haftarın niyə Moskvadan qaçdığı bilindi: Sensasion detal

0
445

Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar niyə atəşkəs müqaviləsini imzalamadan Moskvanı tərk etməsini açıqlayıb.

Axar.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Haftar ona təklif edilən variantda Liviya ordusunun bəzi tələblərinin nəzərə alınmadığını söyləyib.

“Əl Ərəbiyyə” televiziyası Haftarın bu razılaşmanı Türkiyənin atəşkəsə nəzarət edən tərəf olmasına görə imzalamaqdan imtina etməsi haqqında məlumat yayıb. Haftar, həmçinin, Ankaranın Liviyadan əsgərlərini geri çəkməsini tələb edib.

Televiziya Moskvadan ayrıldıqdan sonra Haftarın Benqaziyə, Sərracın isə İstanbula getdiyi haqqında məlumat yayıb.

Qeyd edək ki, Haftar ötən gün Fayez Sərracla atəşkəs müqaviləsini imzalamadan Moskvanı tərk edib. O, Moskvanı tərk edən kimi Tripolinin cənubunda yenidən toqquşmalara start verilib.