Hacıqabulda evlər su altında qaldı

0
655
 

Ötən gündən yağmağa başlayan güclü yağış Pirsaatçay çayının Hacıqabul rayonunun Uduku kəndi ərazisindən keçən hissəsində suyun səviyyəsinin qalxmasına səbəb olub.

“Report” xəbər verir ki, nəticədə yaranan sel suları çayın üzərindəki körpüyə ziyan vurub, rayonun Qubalı kəndində bir neçə fərdi yaşayış evi su altında qalıb.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, Pirsaatçay çayının səviyyəsi aşağı düşdüyündən həyətyanı sahələrdəki sel-suları çəkilib. Ziyan dəymiş körpü isə təmir edilib. Hazırda kənddə elə bir ciddi problem yoxdur.

BIR CAVAB BURAXIN