Türkiyənin əfsanəvi aktyoru Münir Özqul vəfat edib. Arazinfo.com kult.az-a istinadən
xəbər verir ki, bu barədə “Doğan” xəbər agentliyi məlumat yayıb. Agentlik uzun müddətdir xəstə yatan sənətçinin 93 yaşında dünyasını dəyişdiyini yazıb.
Qeyd edək ki, Münir Özqul “Nəşəli günlər”, “Mavi Muncuq”, “Arım, balım, pәtәyim”, “Bizim ailə” kimi filmlərdəki rolları ilə yadda qalsa da, “Hababam sinfi” filmindəki “Keçəl Mahmud” obrazı ilə milyonların sevimlisinə çevrilib.